Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN

Azərbaycan Respublikası Təhsil Nazirliyi      Azərbaycan Milli Elmlər Akademiyası

Sumqayıt Dövlət Universiteti                              İnformasiya Texnologiyaları İnstitutu
 
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
Sizi “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Beynəlxalq elmi konfrans 15-16 noyabr 2018-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək. 
Konfransın bölmələri:
1.İnformasiya-ölçmə və idarəetmə sistemləri
2.Sistemli analiz və modelləşdirmə
3.Mexatronika və robototexnika 
4.Korporativ informasiya sistemləri və onların tətbiqi 
5.İntellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri
6.Cihazqayirmada yeni texnologiyalar
Materialların tərtibatına qoyulan tələblər:
 
1.Format − A4,  şrift – Times New Roman,  boş sahə hər tərəfdən 2 sm; 
şriftin ölçüsü − 12 pt,  sətirarası interval − 1;  abzas -1,25 sm;
2.Tezisin adı–ortadan, qalın şriftlə, böyük hərflərlə;
3.Müəllifin soyadı, adı, atasının adı, iş yeri, kursivlə;
4.Ədəbiyyata istinadlar kvadrat mötərizədə verilir;
5.Tezisin mətni−1-3 səhifə həcmində.
 
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis 
İştirak forması: əyani, qiyabi
Konfrans materialları 20.10.2018-ci il tarixinədək infomk2018@mail.ru elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada Az 5008 Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Mühəndislik fakültəsi, otaq 214 ünvanda qeyd olunur.
Qeydiyyat ödənişsizdir, materiallar nəşr olunur və http://sdu.edu.az saytında yerləşdirilir.
 
Məsul katib:                dos. A.M.Namazov
Əlaqə telefonu:         (+99418) 644 89 06
e-mail:                        infomk2018@mail.ru                 
 
Təşkilat komitəsi
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az