Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Q. F Morozov adına Voronej Dövlət Meşə-Texniki Universiteti (VDMTU)
Q. F Morozov adına Voronej Dövlət Meşə-Texniki Universiteti (VDMTU)

Əziz həmkarlar! 
Sizi tanınmış alim, funksional analiz, diferensial tənliklər və onların tətbiqi sahəsində mütəxəssis Səlim Qeşkoviç Kreynin 100 illik yubileyinə həsr olunmuş “Dinamik sistemin analizinin müasir problemləri.  Texnika və texnologiyalarda tətbiqlər” mövzusunda II Beynəlxalq elmi konfransda iştirak üçün dəvət edirik. Tədbirin Rusiya Fundamental Araşdırmalar Fondunun dəstəyilə 18-20 sentyabr 2017-ci il tarixində keçirilməsi nəzərdə tutulur.
Konfrans işinin əsas istiqamətləri (bölmələr):  
–diferensial və inteqral tənliklər;
–idarəetmə nəzəriyyəsi və informasiya sistemləri;
–funksiya nəzəriyyəsi və funksional analiz;
–dinamik sistemlərin riyazi modelləşdirmə prosesində kompyuter texnologiyaları;
–fiziki-kimyəvi, bioloji və ekoloji proseslərdə idarəetmə sisteminin modelləşdirilməsi;
–meşə sənayesi kompleksi sistemlərinin riyazi modellərinin metod və alqoritmləri;
–maliyyə, mühəndis və tətbiqi riyaziyyatlabağlı problemləri.
Konfransda iştirak üçün (əyani və qiyabi) konfrans işinin əsas istiqamətlərilə bağlı elmi fəaliyyətlə məşğul olan tələbələr, magistrantlar, doktorant və dissertantlar, alim və mütəxəssislər dəvət olunur.
Konfransın aparıcı dilləri–Rus və İngilis dilləri.
Konfransın yekununda İSSN-ə malik olan və RİNCverilənlər bazasına daxil olan materiallar toplusu dərc olunacaq.
Konfransda iştirak və tezislərin nəşri ödənişsizdir.
Konfransdan sonra dərc olunan materialların elektron variantı müəllif tərəfindən e-mail ünvanına 01 dekabr 2017-ci ilə qədər göndəriləcək.
Konfransda iştirak etmək arzusunda olanlar təqdim olunan məruzənin adının 20 dekabr 2016-cı il tarixinə kimi vglta-311@mail.ru elektron ünvanına göndərilməsi tələb olunur.
Əlaqə üçün məlumatlar: 394087, Voronej şəh., Timiryazev küç.8, VDMTU Riyaziyyat kafedrası, aud. 309a, 324.
Telefon: 8-473-253-75-05, 8-473-253-72-57
Hörmətlə, konfransın təşkilat nümayəndələri

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az