Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | SDU-nun professor-müəllim heyətinin nəzərinə!
SDU-nun professor-müəllim heyətinin nəzərinə!

 “MEVLANA MÜBADİLƏ PROQRAMI”na sənəd qəbulu başlayıb
Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na 2017/2018-ci tədris ili üçün sənəd qəbulu elan edilib.
“Mevlana Mübadilə Proqramı” SDU-nun professor-müəllim heyəti üçün Türkiyənin müvafiq universitetlərində təcrübə keçmək imkanı təqdim edir. 14-30 gün müddətində həyata keçirilən mübadilə zamanı heyət üzvlərinin Türkiyə universitetlərində tədris prosesində iştirak etməsi, mühazirələr oxuması, müasir tədris metodları ilə tanış olması, elmi konfranslarda iştirak etməsi, geniş kitabxana fondundan yararlanması və birgə elmi tədqiqatlar aparması nəzərdə tutulub.
Mübadilə ilə bağlı xərclər YÖK təqaüdü hesabına ödəniləcək. Proqramda SDU-nun bütün kafedralarının professor və müəllimləri iştirak edə bilərlər.
Tələb olunan sənədlər:
1. Namizəd üçün müraciət forması (Öğretim elemanı bilgi formu)
2. Namizəd haqqında ətraflı məlumat (portfolio və ya özgeçmiş)
3. Niyyət məktubu (türk və ya ingilis dilində)
4. Çap olunan elmi əsərlərin siyahısı (türk və ya ingilis dilində)
5. Xarici pasportun surəti
6. 3×4 şəkil – 2 ədəd
Proqramda iştirak etmək istəyən müəllimlər tələb olunan sənədləri 24 fevral 2017-ci il tarixinə qədər türk və ya ingilis dillərində Beynəlxalq Əməkdaşlıq Şöbəsinə təqdim etməlidirlər.
Proqramla bağlı ətraflı məlumatı www.mevlana.yok.gov.tr ünvanından və Beynəlxalq əməkdaçlıq şöbəsindən əldə etmək mümkündür.
Əlaqə üçün:
E-mail: bsdu@mail.ru Mevlana mübadilə proqrami çərçivəsində SDU-nun  əməkdaşliq etdiyi universitetlərin siyahisi
1.ADIYAMAN UNIVERSITETI   mevlana@adiyaman.edu.tr
2.ÇANKIRI KARATEKIN UNIVERSITETI mevlana@karatekin.edu.tr
3.NEVŞEHIR HACI BEKTAŞ UNIVERSITESI   mevlana@nevsehir.edu.tr
4.NECMETTIN ERBAKAN UNIVERSITETI   mevlana@konya.edu.tr
5.SAKARYA UNIVERSITETI  mevlana@sakarya.edu.tr
6.ADNAN MENDERES UNIVERSITETI   www.adu.edu.tr/mevlana/
7.BÜLENT ECEVIT UNIVERSITETI mevlana@beun.edu.tr
8.İSKENDERUN TEKNIK ÜNIVERSITESI mevlana@iste.edu.tr

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az