Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Sumqayıt Dövlət Universiteti 2-3 may 2018-ci il tarixlərində “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər“ mövzusunda Beynəlxalq Elmi konfrans keçirəcəkdir. 
Konfransa aşağıdakı bölmələr üzrə məruzələr  qəbul olunur:
1.Biznesin iqtisadi təhlükəsizliyi: risklərin idarə edilməsinin aktual məsələləri
2.Milli iqtisadi təhlükəsizliyin təmin olunmasında dövlət mexanizmi və onun 
təkmilləşdirilməsi yolları
3.İqtisadi təhlükəsizlik strategiyasında maliyyə-pul siyasəti
4.Beynəlxalq iqtisadi təhlükəsizlik və milli maraqlar 
Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:
1.Vərəqin ölçüsü  A4, Times New Roman 14 pt;  boş sahə hər tərəfdən – 2 sm; sətirarası interval – 1,5 sm; abzas – 1,25 sm.
2.Tezisin adı – ortada, qalın şriftlə, böyük hərflərlə;
3.Müəllifin soyadı, adı, ata adı, iş yeri kursivlə;
4.Açar sözlər və xülasə məqalənin yazıldığı dildən başqa iki dildə (3-5 cümlə)
5.Tezisin mətni – 4-5 tam səhifə
6.Ədəbiyyata istinad kvadrat mötərizədə verilir
Konfransın işçi dilləri: Аzərbaycan, rus,  ingilis.
İştirak forması: əyani, qiyabi.
 
Tezislər sduiqtisadiyyat@gmail.com elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada 15 mart 2018 ci il tarixinədək aşağıdakı ünvanda qəbul olunur: 
Az 5008. Sumqayıt ş., 43-cü məhəllə, Sumqayıt Dövlət Universiteti, İqtisadiyyat və idarəetmə fakültəsi, Biznesin təşkili və menecment kafedrası,  auditoriya 403.
 
Əlaqələndirici şəxs: dos. Hüseynov Qalib
Əlaqə telefonları: mob. (+99450) 7522291,
 iş: .(+99418) 6421506   (1-09).
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az