Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Doktorantura və magistratura şöbəsi
Doktorantura və magistratura şöbəsi
Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialı - Ali Texniki Təhsil Məktəbi müstəqil Azərbaycan Sənaye İnstitutuna  çevrildikdən sonra 1992-ci ildə ali məktəbdə Aspirantura şöbəsi yaradılmışdır. Aspirantura şöbəsində yalnız 2 ixtisas: texnika və kimya elmləri sahələri üzrə mütəxəssis hazırlığı aparılmışdır.
Azərbaycan təhsil sistemində magistr hazırlığı 1997-ci ildə başlandıqdan sonra  1998-ci ildə Aspirantura və magistratura şöbəsi yaradılmışdır.2010-cu ildə isə Aspirantura və magistratura şöbəsi Doktorantura və magistratura şöbəsi adlandırılmışdır.
Sumqayıt Dövlət Universitetində magistr hazırlığı Nazirlər Kabinetinin 13.02.97 tarixli 15 saylı qərarına əsasən təsdiq edilmiş “Çoxpilləli ali təhsil sistemində magistratura haqqında” Təhsil Nazirliyinin 22.04.1997-ci il, 235 saylı əmri ilə təsdiq olunmuş “Magistr hazırlığının minimum məzmununa və səviyyəsinə qoyulan tələblərin strukturu”na, Təhsil Nazirliyinin 18.06.2011-ci il, 59 saylı “Magistratura səviyyəsində mövcud vəziyyət, problemlər və onların həlli yolları barədə” kollegiyasının qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.98-ci il tarixli, 202 nömrəli əmri ilə təsdiq olunmuş“Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi” qaydalarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.11.98-ci il tarixli, 742 nömrəli əmri ilə təsdiq olunmuş ”Magistrlik dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuralar haqqında” Əsasnaməsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında”  24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarının  tələblərinə və digər normativ sənədlərə uyğun təşkil edilib. 
2000-ci ildə ali məktəb universitet statusu aldıqdan sonra hər il ali məktəb magistrantlarının respublika elmi konfransının keçirilməsi  bizim universitetə həvalə edilmişdir. 2001-ci ildə magistrantların I Respublika elmi konfransında 8 ali məktəbdən 6 bölmə üzrə 133 nəfər iştirak etmişdirsə, 2017-ci ildə XVII Respublika elmi konfransında 16 ali məktəbdən 19 bölmə üzrə 1300 nəfərdən çox magistrant iştirak etmişdir. 
2016-2017-ci tədris ilində universitetin magistratura səviyyəsində 30 ixtisasın 53 ixtisaslaşması üzrə 220-dən yuxarı magistranttəhsil alır. 
Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə aparılır.
Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən Sumqayıt Dövlət Universiteti elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.     
Doktoranturada təhsil dövlət hesabına və  ödənişli əsaslarla həyata keçirilir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
Elmlər doktoru proqramı üzrə doktorantura əyani təhsil müdəti 4 il, qiyabi 5 il, dissertantılıq yolu ilə 5 ildir. 
Hal-hazırda universitetdə 16 ixtisas üzrə 50-dan çox doktorant, 40-dan çox dissertant fəlsəfə doktoru və 5 ixtisas üzrə 7 nəfər elmlər doktoru elmi adı almaq üçün müvəffəqiyyətlə elmi-tədqiqat işləri aparırlar. 
2017-ci ildən Doktorantura və magistratura şöbəsinə  dosent  Sabir  Ağakişi oğlu  Xəlilov rəhbərlik edir.Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə S.A.Xəlilova Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi”fəxri adı verilmişdir.
Doktorantura və magistratura şöbəsində 2 əməkdaş çalışır:
Baş metodist − Yaqnaliyeva Aybəniz Haqverdi qızı. O, 1987-ci Sumqayıt Politexnik Texnikumunu,1997-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. Diferensial tənliklər ixtisası üzrə doktorantdır.
Operator − Allahverdiyeva Şəlalə Sudef qızı. 
SDU-da magistratura və doktorantura səviyyələrində aşağıdakı ixtisaslar (ixtisaslaşmalar) üzrə mütəxəssislər hazırlanır:
Magistratura səviyyəsi uzrə
060501 Riyaziyyat
•Riyazi analiz
•Hesablama riyaziyyatı
•Optimallaşdırma və optimal idarəetmə
•Riyazi fizika
•Diferensialtənliklər
060105 Riyaziyyat müəllimliyi
•Riyaziyyatın tədrisi metodikası və metodologiyası
060509 Kompüter elmləri
•İnformatika
060503 Fizika
•Yarımkeçiricilər fizikası
•İstilik fizikası və molekulyar fizika
•Yarımkeçirici cihazlar və mikroelektronika
•Atom və molekul fizikası
060104 Fizika müəllimliyi
• Fizika fənninin tədrisi metodikası və metodologiyası
060626 Elektrik mühəndisliyi
•Sənaye qurğuları və texnoloji komplekslərin avtomatikası və elektrik inteqalı
060609 İstilik energetikası mühəndisliyi
•İstilik elektrik stansiyaları
060201 Filologiya
• Azərbaycan ədəbiyyatı
• Ədəbiyyatşünaslıq (türk xalqları ədəbiyyatı)
• Ədəbiyyatşünaslıq (Avropa  xalqları ədəbiyyatı)
• Dilşünaslıq (ingilis dili)
• Azərbaycan dili
060101 Azərbaycan dili və ədəbiyyatı   müəllimliyi
• Azərbaycan dili və ədəbiyyatının tədrisi   metodikası və metodologiyası
060504 Kimya
• Qeyri-üzvikimya
• Üzvikimya
• Fizikikimya
• Analitikkimya
• Yüksək molekullu birləşmələr kimyası
• Elektrokimya
• Neft kimyası
• Kompozisya materialları kimyası
060110 Kimya müəllimliyi 
• Kimya fənninin tədrisi metodikası və metodologiyası
060641 Kimya mühəndisliyi
• Əsas üzvi sintezin kimyası və texnologiyası
• Polimerlərin kimyəvi texnologiyası
060505 Biologiya
•Mikrobiologiya
•Genetika
• Mikologiya
060109 Biologiya müəllimliyi
• Biologiya fənninin tədrisi metodikası vəmetodologiyası
060649 Ekologiya mühəndisliyi
• Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması
060206 Tarix
• Azərbaycanın qədim və orta əsrlər tarixi
• Avropa və Amerikanın yeni və ən yeni tarixi
• Azərbaycanın yeni və ən yeni tarixi                                                                            
060111 Tarix müəllimliyi
• Tarix fənninin tədrisi metodikası vəmetodologiyası
060210 Sosiologiya
• İdarəetmənin sosiologiyası
060506 Coğrafiya
• Azərbaycanın fiziki coğrafiyası
060112 Cografiya müəllimliyi
• Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası
060631 Kompüter mühəndisliyi
• Kompüter mühəndisliyi
060632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
• İdarəetmədə informasiya sistemləri
• İdarəetmədə informasiya sistemləri  (MBA proqramı üzrə) 
060628 Proseslərin avtomatlaşdırılması mühəndisliyi
• Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması
060647 Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
• Standartlaşdırma və sertifikatlaşdırma
060404 İqtisadiyyat
• Turizmin iqrisadiyyatı
060407 Menecment
• İnnovasiyaların və layihələrin idarəolunması
• Menecment (sahələr üzrə)
060409 Biznesin idarə edilməsi
• Biznesin təşkili və idarə edilməsi
• Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə)
060402 Mühasibat uçotu və audit
• Xidmət sferasında mühasibat uçotu və audit
• İstehsal sferasında mühasibat uçotu və audit
060401  Dünya iqtisadiyyatı
• Beynəlxalq iqtisadi münasibətlər
• Gömrük işi
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az