Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İqtisadi məsələlər üzrə prorektor
İqtisadi məsələlər üzrə prorektor
Hacıyev Naib İsmixan oğlu 24 avqust 1973-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuşdur. İlk təhsilinə doğulduğu rayonda başlayan Naib Hacıyev Ermənistanda yaşayan bütün azərbaycanlılar kimi 1988-ci ildə dədə-baba yurdundan zorla deportasiya olunmuş və orta təhsilini Sumqayıt şəhər 3 saylı orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra, 1991–1996-cı illərdə Azərbaycan Sənaye İnstitutunda (İndiki Sumqayıt Dövlət Universiteti) təhsil almışdır.
1996–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur.
2000–2005-ci illərdə Sumqayıt Dövlət Universitetinin Məlumat Hesablama Mərkəzinin texniki təlimat şöbəsinin müdiri, Xüsusi şöbənin müdiri vəzifələrində işləmişdir.
2001-ci ildən Sumqayıt Dövlət Universitetinin Elektromexanika kafedrasında assistent kimi pedaqoji fəaliyyətə başlayan Naib Hacıyev hazırda baş müəllim kimi həmin kafedrada elmi-pedaqoji fəaliyyətini davam etdirir.
“Qeyri-simmetrik rejimli paylayıcı elektrik şəbəkələrində enerji təchizatının səmərəliliyinin artırılması” mövzusunda dissertasiya işi müdafiə edərək, texnika üzrə fəlsə doktoru elmi dərəcəsi almışdır. 2014-cü ildən Sumqayıt Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor vəzifəsində çalışır. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az