Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tədris korpusları
Tədris korpusları
Sumqayıt Dövlət Universitetinin 3 tədris binası, 2 yataqxanası vardır.
SDU-nun birinci tədris binası 4 mərtəbədən ibarətdir. Əsas tədris binasında 4 fakültə- Riyaziyyat, Mühəndislik, İqtisadiyyat və idarəetmə,Tarix və Coğrafiya fakültəsi fəaliyyət göstərir. Bu tədris binasında həmçinin müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyalar, zəngin kitabxana, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi, iki Akt zalı da var. Əsas tədris korpusunda həmçinin İdman klubu və geniş yeməkxana tələbələrin ixtiyarına verilib. Qeyd edək ki, rəhbərlik (rektor, prorektorlar) əsas binada fəaliyyət göstərir. Bütün şöbə və mərkəzlər də birinci tədris binasında yerləşir.
SDU-nun ikinci tədris binasında 2 fakültə: Kimya və biologiya, Fizika və elektroenergetika fakültələri yerləşir. Burada müasir təhsil standartlarına uyğun auditoriya və müasir texnika ilə təchiz olunmuş laboratoriyalar fəaliyyət göstərir. Bu tədris binasının da ayrıca yeməkxanası mövcuddur. Bina 5 mərtəbədən ibarətdir.
SDU-nun üçüncü tədris binası Sumqayıt şəhəri,16-cı məhəllədə yerləşir. İkimərtəbəli 3-cü tədris binasında Filologiya fakültəsi və Əlavə təhsil şöbəsi fəaliyyət göstərir. Tədris binasında kitabxana və yeməkxana var. Bu tədris binasında Folklorşünaslıq laboratoriyası fəaliyyət göstərir. Azərbaycan Qılıncoynatma Federasiyasının nəzdində yaradılmış Sumqayıt mərkəzi də 3-cü tədris binasının İdman klubu üçün nəzərdə tutulmuş idman zalında fəaliyyət göstərir.
Hər üç tədris binasının qapalı həyəti mövcuddur. Universitetin həyətində minifutbol və basketbol stadionları, tələbələrin asudə vaxt keçirmələri üçün geniş həyətyanı sahədə şahmat döşəməsi salınmış, stolüstü tennislər quraşdırılmışdır. 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az