Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Mühəndislik
Mühəndislik
Mühəndislik fakültəsinin əsası 1973-cü ildə Energetika-istehsal proseslərinin avtomatlaşdırılması-mexanika fakültəsinin yaranması ilə qoyulub. Sonralar fakültə Energetika, avtomatika və mexanika, Avtomatika-mexanika, Avtomatika adlandırılmışdır. 2000-ci ildə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yarandıqdan sonra fakültə Kompüter texnikası və texnologiyaları, 2004-cü ildən isə Kompüter texnikası və informasiya texnologiyaları adlandırılmışdır. 2006-ci ildə Avtomatika və idarəetmə, İnformasiya texnologiyaları, Sənaye, Mexanika, Elektron texnikası, Logistika və nəqliyyat texnologiyaları, Mexatronika və robototexnika və energetikayönümlü mühəndis ixtisaslarının bazasında Mühəndislik fakültəsi yaradılmışdır.
Fakültəyə dosent Ulduz Xeyrulla oğlu Ağayev rəhbərlik edir.
Fakültədə 137 nəfərdən ibarət professor-müəllim və tədris-köməkçi heyəti, o cümlədən 8 nəfər professor, 32 nəfər dosent, 35 nəfər baş müəllim, 10 nəfər assistent, 6 nəfər tyutor, 6 laboratoriya müdiri, 36 laborant 4 nəfər kiçik elmi işçi çalışır.
Hazırda fakültədə elmlər doktoru proqramı üzrə 7 nəfər doktorant, 4 nəfər dissertant, fəlsəfə doktoru proqramı üzrə 2 nəfər doktorant və 1 dissertant dissertasiya üzərində işləyir.
Fakültədə tədris əyani və qiyabi formada aparılır. 1521 nəfər tələbə: onlardan 1464 nəfər tələbə bakalavriat (912 nəfər tələbə əyani şöbədə və 552 nəfər tələbə qiyabi şöbədə) və 57 nəfər magistrant magistratura pilləsində təhsil alır.
Fakültədə 4 ixtisas kafedrası fəaliyyət göstərir:
İnformasiya texnologiyaları  
Avtomatika və Mexanika
Energetika
Kimya mühəndisliyi
İki ixtisasa Avropanın müstəqil akkreditasiya şirkətinin (ASİİN) beynəlxalq sertifikatı verilib:
Bakalavriat səviyyəsi üzrə
Proseslərin avtomatlaşdırılması mühəndisliyi  
Magistratura səviyyəsi üzrə
Enerji menecmenti
Bakalavriat səviyyəsində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:
1. Kompüter mühəndisliyi
2. İnformasiya texnologiyaları
3. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
4. Mexatronika və robototexnika mühəndisliyi
5. Energetika mühəndisliyi
6. Elektrik və elektronika mühəndisliyi
7. Mexanika mühəndisliyi
8. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
9. Neft - qaz mühəndisliyi
10. Kimya mühəndisliyi
11. Ekologiya
12. Ekologiya mühəndisliyi
13. İnformasiya təhlükəsizliyi
14. Sənaye mühəndisliyi
Magistratura səviyyəsində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:
1. Elektroenergetika mühəndisliyi (Elektroenergetika, Elektrik şəbəkə və sistemləri)
2. Elektrik mühəndisliyi (Elektrik təchizatı, Sənaye qurğularının və texnoloji komplekslərinin avtomatikası və elektrik intiqalı, Yüksək gərginliklər texnikası və fizikası, Elektrik təchizatının optimallaşdırılması və modelləşdirilməsi)
3. Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması)
4. İnformasiya texnologiyaları v ə sistemləri mühəndisliyi (Kibertəhlükəsizlik, İdarəetmədə informasiya sistemləri)
5. Kompüter mühəndisliyi (Kompüter mühəndisliyi)
6. Ekologiya mühəndisliyi (Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması)
7. Kimya mühəndisliyi (Əsas üzvi sintezin kimyası v ə texnologiyası, Polimerlərin kimyəvi texnologiyası)
Doktorantura səviyyəsindəki ixtisaslar:
3338.01 - Sistemli analiz, idarəetmə və informasiya sistemləri
3337.01- İnformasiya-ölçmə və idarəetmə sistemləri
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
İnformasiya sistemlərinin və elementlərinin tədqiqi və işlənməsi
Avtomatlaşdırılmış layihələndirmə, konstruksiyaetmə, modelləşdirmə və idarəetmə alətlərinin nəzəri və praktiki məsələlərinin işlənməsi
İstehsal proseslərinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması
İkifazalı mühit mexanikasının nəzəri əsasları və konstruksiya elementlərinin hesablanması
Alkilaromatik aminlərin və alkilfenolların, oktan ədədini qaldıran efirlərin səmərəli alınma üsullarının tədqiqi və işlənib hazırlanması.
Neft əsasında alınan sənaye əhəmiyyətli aromatik aminlər və fenolların kimyası və texnologiyası
Təbii fosfatların intensivləşdirici komponentlərin iştirakı ilə mineral turşularda parçalanması və tozşəkilli fosforlu gübrələrin dənəvərləşdirilməsi prosesinin tədqiqi
Sumqayıt sənaye zonasının boz-qonur torpaqıarının ekoloji qiymətləndirilməsi
Elektrik təchizatı sistemlərinin yük düyünlərinin, qurğu və elementlərinin etibarlı və səmərəli iş rejimlərini təmin edən üsul və vasitələrin işlənməsi
Elektromexaniki sistemlərin və onların elementlərinin idarə edilməsi
Fakültədə müasir tələblərə cavab verən 22 tədris laboratoriyası fəaliyyət göstərir:
Kompüter texnologiyaları və proqramlaşdırma
İnformasiya texnologiyaları və sistemləri
Elektron çeviriciləri və ölçmələr
Avtomatlaşdırma və informasiya texnikası
Texnoloji ölçmələr və texniki vəsaitlər
Avtomatik tənzimləmə, rəqəmli idarəetmə sistemləri
Mexanika, standartlaşdırma və ölçmə texnikası
Elektrik ölçmə texnikası
Enerji maşınqayırması
lstilik texnikası
Elektrik intiqalı 
Güc elektronikası
Elektroenergetikanın tədris muzeyi
Kimya və neft qaz mühəndisliyi
Yüksək molekullu birləşmələrin texnologiyası
Ekologiya
Təbii ehtiyatlardan səmərəli istifadə
Müəssisələrdə əməkdaşlığın inkişafı istiqamətində universitetlərarası innovasiya şəbəkəsinin yaradılması, videokonfrans zalı.
SDU-nun xarici ölkələrlə əlaqələrinin genişləndirilməsində fakültənin özünəməxsus yeri var. 2004-cü ildən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Mingəçevir Dövlət Universitetinin Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti və Hollandiyanın Heerlen Ali Texniki Məktəbi ilə əməkdaşlıq çərçivəsində Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Kimya sənayesində Enerji menecmenti ixtisasları üçün Avropa standartlarına uyğunlaşdırılmış tədris planı ilə mütəxəssis hazırlığına başlanılmışdır. Fakültədə müasir texnika ilə təchiz olunmuş tədris laboratoriyaları yaradılıb tələbələrin istifadəsinə verilmiş, bakalavriat və magistratura səviyyələrində tədris olunan fənlərin mühazirə konspektləri və laboratoriya işlərinin metodik vəsaitləri çap olunub kitabxana fonduna daxil edilmişdir.
Fakültənin müəllimləri Almaniyada, Hollandiyada, İspaniyada, Polşada, Türkiyədə tədris texnologiyalarını mənimsəmək üçün stajkeçmədə olmuşlar. TEMPUS layihəsi çərçivəsində görülmüş işlər nəticəsində əldə olunmuş nailiyyətlər fakültənin digər ixtisaslarında da tətbiq edilmişdir.
2010-cu ildə Sumqayıt Dövlət Universiteti “Müəssisələrlə əməkdaşlığın inkişafı istiqamətində Universitetlərarası innovasiya şəbəkəsinin yaradılması” adlı TEMPUS layihəsinin qalibi olmuşdur.
Fakültənin əməkdaşları ERASMUS+, PETRA beynəlxalq layihələri çərçivəsində Almaniyanın Berlin Texniki Universitetində, Hollandiyanın Twente Universitetində, Türkiyənin Gazi Universitetində, İspaniyada ixtisasartırmada iştirak etmişlər.
Layihə çərçivəsində universitetlərarası innovasiya şəbəkəsi yaradılmış, videokonfrans zalı istifadəyə verilmişdir. Müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş zal yüksək sürətli fıber optik İnternet şəbəkəsinə qoşulmuşdur. Videokonfrans zalında müxtəlif univetsitetlərlə: Rusiyanın Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Ufa Dövlət Aviasiya Universiteti, Tümen Dövlət Neft və Qaz Universiteti, Ufa Dövlət Neft Texnologiya Universiteti, Uxta Dövlət Texniki Universiteti, Ukraynanın Poltava Texniki Universiteti, İvanovo-Frankovsk Milli Texniki Universiteti, Belarus Milli Texniki Universiteti, Polotsk Dövlət Universiteti, Polşanın Krakov Universiteti, İsveçin Kral Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti innovasiya texnologiyalarının transferinə dair videokonfransların, distant mühazirələrin və s. aparılmasında istifadə edilir. Videokonfrans zalından distant kursların təşkil edilməsi, məsləhətlərin verilməsi, birgə onlayn rejimdə elmi konfransların və seminarların aparılması və s. istiqamətlərdə də istifadə edilir.
Fakültədə Sistemli analiz, idarəetmə və informasiya sistemləri, İnformasiya-ölçmə və idarəetmə sistemləri ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələri almaq üçün dissertasiya müdafiə şuraları, həmçıinin Tələbə Elmi Cəmiyyəti, Tələbə Şurası, Tələbə Gənclər Təşkilatı, Tələbə Azad Həmkarlar Təşkilatı fəaliyyət göstərir.
 

 

Mühəndislik fakültəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az