Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Əcnəbi tələbələr şöbəsi
Əcnəbi tələbələr şöbəsi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.10.2006-cı il tarixli, 781 saylı əmrinə əsasən Sumqayıt Dövlət Universitetində Əcnəbi tələblər şöbəsi yaradıldı. Şöbənin nəzdində fəaliyyət göstərən hazırlıq kursunda Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, nitqin inkişafı, nitqin elmi üslubu, informatika, riyaziyyat, ingilis dili və rus dili fənləri tədris olunur. Dərslər kafedraların uzun illər iş təcrübəsi olan müəllimlər tərəfindən aparılır.   Şöbədə 2 əməkdaş çalışır:
Şöbə  müdiri − Məmmədova Südabə Məmməd qızı
Metodist − Abbaszadə Vüsalə Ələsgər qızı
Şöbə universitetdə daha çox əcnəbi tələbənin təhsil alması üçün yeni layihələr üzərində işləyir. Universitetimizdə Türkiyə, İran, Əfqanıstan, Pakistan, Nigeriya, İsrail, Koreya, Rusiya, Özbəkistan və Türkmənistan respublikalarının vətəndaşları təhsil almışlar. Fəxr edirik ki, universitetimizdən məzun olan əcnəbi tələbələr öz ölkələrilə yanaşı, dünyanın başqa dövlətlərində də iş karyera qurmağa nail olurlar.
Tələbəlik həyatını maraqlı keçirmək və dostluq münasibətlərini möhkəmləndirmək məqsədilə həm Azərbaycanın, həm də əcnəbilərin təmsil etdiyi dövlətlərin milli bayramları və xüsusi günləri birlikdə qeyd olunur.
Əcnəbi tələbələr təhsillə yanaşı, universitetin ictimai həyatında da fəal iştirak edirlər.  Onlar müxtəlif tədbirlərdə, idman yarışlarında universitetimizi layiqincə təmsil edirlər.
Əcnəbi tələbələrin Azərbaycana olan maraq dairəsini genişləndirmək üçün Respublikamızın görməli yerlərinə ekskursiyalar təşkil olunur.
Biz hər bir xarici ölkə vətəndaşını təhsil almaq üçün  universitetimizə dəvət edirik.
Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1.
Telefon:(+994-12)  497-80-62
Mob:(+994) 55  7525219
Faks: (+994-12) 448 44 51 
E-mail:info@sdu.edu.az; sdu.hazirliq@gmail.com
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az