Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tarix və coğrafiya
Tarix və coğrafiya
2000-ci ildə Tarix−filologiya şöbəsi kimi fəaliyyətə başlamış, 2001-ci ildə Tarix−filologiya fakültəsinə çevrilmiş, 2003‒2014-cü illərdə müstəqil Tarix fakültəsi kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən Tarix və coğrafiya fakültəsi adlanır. Fakültəyə yarandığı gündən t.e.d., prof.A.B.Baxşəliyev rəhbərlik edir.
Fakültədə 4 nəfər professor, 20 nəfər dosent, 16 nəfər baş müəllim, 9 nəfər müəllim çalışır, 15 nəfər doktorant və dissertant elmi tədqiqat işi ilə məşğul olur.
Fakültədə tədris əyani və qiyabi formada aparılır. Hal-hazırda fakültədə bakalavriat pilləsində 804 tələbə (onlardan 725-i əyani, 79-u qiyabi təhsil alır), magistratura pilləsində isə 41 magistrant təhsil alır.
Fakültədə 4 kafedra fəaliyyət göstərir:
-Azərbaycan və Şərqi Avropa xalqları tarixi
-Tarix və onun tədrisi metodikası
- Coğrafiya və onun tədrisi metodikası
- Fəlsəfə, sosiologiya və politologiya
Bakalavriat pilləsindəki ixtisaslar:
-Tarix
-Tarix müəllimliyi
-Tarix və coğrafiya müəllimliyi
-Coğrafiya müəllimliyi
-Sosiologiya
-Sosial iş
-Politologiya
Magistratura pilləsindəki ixtisaslaşmalar:
-Azərbaycanın qədim və orta əsrlər tarixi
-Azərbaycanın yeni və ən yeni tarixi
-Türk dünyası tarixi
-Avropa və Amerikanın yeni və ən yeni tarixi
-Tarix fənninin tədrisi metodologiyası və metodikası
-İdarəetmənin sosiologiyası
-Azərbaycanın fiziki coğrafiyası
-İqtisadi və sosial coğrafiya
-Coğrafiya fənninin tədrisi metodologiyası və metodikası
Fakültənin əsas elmi istiqamətləri:
-Azərbaycan dövlətçilik tarixinin qədim dövrdən müasir dövrə qədər araşdırılması;
-Ümumi tarix konteksindən Türk xalqları tarixinin tədqiqi (ən qədim zamanlardan-1923-cü ilə kimi);
-Tarixin tədrisində müasir təlim texnologiyaları və onun aktual problemləri;
-Landaşaft planlaşdırılmasının sosial-iqtisadi məqsədləri;
-Coğrafiya fənninin tədrisi zamanı mövzuya uyğun metodların seçilməsi;
- Azərbaycan Respublikasının regionlarında əhalinin sosial rifahının təmin edilməsi istiqamətləri;
Fakültə AMEA-nın Tarix və Etnologiya, Arxeologiya və Etnoqrafiya, Coğrafiya İnstitutları, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, o cümlədən Türkiyə, Rusiya və Qazaxıstanın bir sıra ali təhsil ocaqları, həmçinin bir çox elmi-tədqiqat mərkəzləri ilə işgüzar və səmərəli elmi-pedaqoji əlaqələr saxlayır.
 
 
 

 

Tarix və coğrafiya fakültəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az