Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor
Xəlilov Elmar Şirinbala oğlu 3 yanvar 1965-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1980-ci ildə Sumqayıt şəhərindəki 23 saylı orta məktəbi, 1983-cü ildə 49 №-li Sumqayıt Dövlət Texniki Peşə Məktəbini, 1992-ci ildə isə Bakı Dövlət Universitetinin  Tarix fakültəsini bitirmişdir. 
1983‒1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1993-cü ildə Sumqayıt şəhərindəki 10 saylı tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlamış və Tərbiyə işləri üzrə direktor müavini vəzifəsinədək yüksəlmişdir. 
1996-cı ilin aprel-sentyabr ayları ərzində Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışmışdır. 
2013-cü ildə namizədlik dissertasiyasını  müdafiə etmiş, 2015-ci ildə isə dosent elmi adı almışdır.  
1996-cı ilin sentyabr ayından Sumqayıt Dövlət Universitetində Azərbaycan tarixi kafedrasında müəllim kimi fəaliyyətə başlamış, 1997-ci ilin yanvarından maya kimi İqtisadiyyat fakültəsində dekan müavini, 1998-ci ildən baş müəlim vəzifəsində  çalışmış, 1997-ci ilin may ayından 2000-ci ilədək SDU-nun THİK-nin sədri olmuşdur. 
2015-ci ildən dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.  
Dos. E.Ş.Xəlilov 03.05.2017-ci ildən 18.04.2022-ci ilə qədər Azad Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. 
18.04.2022-ci ildə Sumqayıt Dövlət Universitetində Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə  prorektor vəzifəsinə  təyin  edilmişdir.
O, 70-dən çox elmi əsərin, bir dərs vəsaitinin, 4 fənn proqramının  və konfrans materiallarının müəllifidir. 
Dosent  Elmar  Xəlilov şəhərimizin ictimai həyatında da fəal iştirak edir. O, 2012-ci ilin aprel ayından 2021-ci ilin mart ayına kimi YAP Sumqayıt Şəhər Təşkilatının  Gənclərlə iş  üzrə sədr müavini vəzifəsində çalışmışdır.
2012-ci ildə Təhsil Nazirliyinin Fəxri fərmanına, 2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  Fəxri fərmanına, 2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanına, 2022-ci ildə isə “Tərəqqi” medalına layiq görülmüşdür.
Ailəlidir, iki  övladı və bir  nəvəsi var.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az