Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İnformasiya Texnologiyaları Mərkəzi
İnformasiya Texnologiyaları Mərkəzi
Sumqayıt Dövlət Universitetinin struktur bölmələrindən biri olan İnformasiya Texnologiyaları Mərkəzi universitetin həyatında mühüm rol oynayır. Bu da tədris prosesində, elmi-tədqiqat işlərinin yerinə yetirilməsində vacib amillərdən biridir. Müasir kompüter texnikası ilə təchiz olunmuş İnformasiya Texnologiyaları Mərkəzi bu gün Sumqayıtda fəaliyyət göstərən ən böyük mərkəzlərdən biridir. Müasir texniki avadanlıqlar və kompüterlərlə müntəzəm şəkildə yeniləşən, təchiz olunan mərkəzdə müxtəlif istiqamətlərdə irihəcmli işlər aparılır.
Mərkəz iki şöbədən: proqram və sistem təminatı, texnoloji innovasiya və texniki xidmət şöbələrindən ibarətdir.
Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq 1980-ci ildə EC tipli kompüter məhz bu mərkəzdə quraşdırılmış, onun vasitəsilə mühüm elmi-tədqiqat işləri yerinə yetirilmiş və dərslər aparılmışdır.
Artıq bir neçə ildir ki, mərkəz yüksəksürətli optik internet şəbəkəsinə qoşulmuşdur və bu da öz növbəsində universitetin professor-müəllim heyətinin, tələbələrin müasir elm və texnikanın, dünya sivilizasiyasının, ədəbiyyat və incəsənətinin, mədəniyyətinin ən son nailiyyətlərini araşdırmağa, elmi tədqiqatlarda yeniliklərdən istifadə etməyə lazımi şərait yaradır. Bu cür informasiya mübadiləsi qlobal tədqiqatlar aparmağa imkan verir.
Prof. M.A.Əhmədov, prof. F.H.Ələkbərov, t.e.n. F.V.Mustafayev, k.e.n. Ş.İ.Seyidov, R.Ə.Məmmədov, Ə.C. Babayev, V.V.Haqverdiyev, dos. R.Abdullayeva müxtəlif illərdə İnformasiya Texnologiyaları Mərkəzinin rəhbərləri olmuşlar. Hal-hazırda mərkəzin direktoru F.B.İsmayılovdur.
İnformasiya Texnologiyaları Mərkəzi böyüyüb inkişaf etdikcə öz əlaqələrini də daim genişləndirir. Mərkəz Belarus Respublikasının Minsk Hesablama Texnikası İstehsalat Birliyi, Rusiya Federasiyasının Voronej Hesablama Texnikası zavodu, Qubkin adına Rusiya Dövlət Qaz Universiteti, Belarus Milli Texniki Universiteti, Tümen Neft-Qaz Universiteti, İvano-Frankovsk Milli Neft-Qaz Universiteti, respublikamızın aparıcı firmaları və digər birliklərlə, müəssisələrlə sıx əlaqələr saxlayır.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az