Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsinin əməkdaşları 35 saylı orta məktəbdə oldular
Riyaziyyat fakültəsinin əməkdaşları 35 saylı orta məktəbdə oldular
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 14.09.2018-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən universitetin əməkdaşları şəhərimizdə yerləşən tam orta məktəblərdə şagirdlərlə görüşlərin keçirilməsini davam etdirirlər. Növbəti görüş fevralın 8-də Azərbaycan Təhsil Məkanında “Sumqayıt Dövlət Universitetinin yeri və mövqeyinin təbliği” məqsədilə univeristet əməkdaşları tərəfindən 35 saylı orta məktəbdə keçirilmişdir.
Görüşdə universitetin Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru dosent Xalidə Həsənova, Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri professor,riyaziyyat elmlər doktoru Qurbanov Nəbi, həmin kafedranın dosentləri: Xəlil Alıyev, pedaqogika elmlər namizədi İlqar Səfərli, İnformatika kafedrasının dosenti texnika elmləri üzrə fəlsəfə doktoru Şəhla Hüseynzadə, Diferensial tənliklər və optimallaşdırma kafedrasının baş müəllimi riyaziyyat üzrə fəlsəfə doktoru Xəyalə Seyfullayeva, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının assistenti riyaziyyat üzrə fəlsəfə doktoru Könül Əliyeva, kafedranın doktorantı Aynurə Əliyeva iştirak etmişlər.
Tədbiri giriş sözü ilə orta məktəbin direktoru Nüşabə Həsənova açaraq əvvəlcə qonaqları salamladı, şagirdlərə ali təhsil sahəsində univeristet seçiminin çox mühüm əhəmiyyəti barədə məlumat verdi. Məktəbin direktoru öz nitqində məktəblilərə Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin yüksək tədris keyfiyyətinə və müasir təlim avadanlıqlarına malik olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, 2017–2018-ci il tədris ilində məktəbin məzunlarından 12 nəfəri məhz Sumqayıt Dövlət Universitetinə qəbul olunub. Məktəb 2013-cü ildən Sumqayıt Döv0lət Universiteti ilə əməkdaşlıq edir. Riyaziyyat fakültəsinin tələbələri 35 saylı məktəbdə təcrübə keçirlər.
Tədbirdə çıxış edən orta məktəbin riyaziyyat-informatika müəllimi Səbinə Əhməd universitetdəki təhsil imkanlarından, özünün də bu universitetin 2005-ci il məzunu olduğundan danışdı.
Sonra söz univeristet əməkdaşlarına verildi. Sumqayıt Dövlət Univeristetinin tanıtım videoçarxı və təqdimat materialları şagird və müəllim kollektivinə təqdim olundu. Slaydlarda univeristetdə təklif olunan təhsil imkanları, laboratoriyalar, univeristetin maddi-texniki təchizatı haqqında ətraflı məlumat əks olunmuşdur. Təqdimatda universitetdə fəaliyyət göstərən H.Əliyev Mərkəzi, auditoriyalar, fənn laboratoriyaları, oxu zalı, elektron kitabxana, idman klubu, özfəaliyyət dərnəyi və Linqvistik Mərkəzdə təşkil olunmuş xarici dil kursları şagirdlərin marağına səbəb oldu.
Sonda universitet əməkdaşları məktəblilərin suallarını cavablandırdılar.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az