Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Tənhalıq mənim dostumdur”
“Tənhalıq mənim dostumdur”

Asim Arazlı Sumqayıt Dövlət Universiteti  Filologiya fakultəsinin  IV kurs tələbəsidir. Həm Azərbaycan ədəbiyyatı klassiklərinin  həm də Dünya ədəbiyyatı klassiklərinin əsərlərini daim mütaliə etməsi onda ədəbiyyata geniş maraq doğurmuş və bu sahədə bir neçə dəfə kiçik hekayələrlə qələmini sınamışdır. Müasir oxucuların dedektiv xarakterli əsərə tələbatının çox olduğunu nəzərə və ozü də detektiv xarakterli əsərlərə meyl etdiyi üçün Asim Arazlı  “Tənhalıq mənim dostumdur” adlı dedektiv- məhəbbət romanını qələmə almışdır.
2012-ci ildə "Fərhad" pyesini, 2013-cü ildə "Nakam" povestini, elə həmin ildə "İtirilmiş torpaqlarımız" və "İlham və Fərizə" poemalarını öz hissləri, duşüncələri ilə bəzəyərək qələmə alan gənc yazar Asim Arazlının “Tənhalıq mənim dostumdur”adlı yeni,uğurlu əsərinin  möhtəşəm təqdimatı keçirildi.
Təqdimat mərasimini Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva açıq elan edərək əvvəlcə Asim haqqında, daha sonra isə əsəri haqqında fikirlərini, rəyini bildirdi. O, çıxışı zamanı qeyd etdi ki, Asim təhsil aldığı 4 il ərzində öz təlim və tərbiyəsi, yaradıcı fikirləri ilə seçilən, dərslərində hər zaman uğurlu nəticələr göstərən tələbə olmuşdur.Onun  digər əsərləri kimi bu əsəri də növbəti uğurlu əsərlərdən biridir.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı” kafedrasının müəllimi, görkəmli şair Rafiq Yusifoğlu da  Asim və onun əsəri haqqında arzularını dilə gətirdi.
Digər iştirakçılar da əvvəl Asim haqqında düşüncələrini bölüşdülər, daha sonra isə romanı müzakirə etdilər.Müzakirə zamanı əsərdə yer alan maraqlı məqamlardan danışıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az