Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı
Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı

Universitetin Elmi kitabxanasında Tələbə Həmkarlar Təşkilatının və Ritorika Universal Klubunun  birgə  təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  fakültələrarsı Nə? Harada? Nə zaman” intellektual  bilik yarışı keçirildi. 
Öncə Tələbə Həmkarlar Təşkilatının sədri Nemət İbayev yarışda iştirak edən komadalara uğurlar arzuladı və cıxışında bildirdi ki, oyunun keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək və  asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Yarışda hər birində 6 nəfər olmaqla 7 komanda iştirak edirdi.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda tələbələr fəallıq nümayiş etdirərək elmin müxtəlif sahələri üzrə biliklərini sınadılar.
Nə? Harada? Nə zaman” bilik yarışının  bu dəfəki qalibi Tarix və coğrafiya fakültəsinin “ABVİLİYON”  komandası, II yeri Kimya və Biologiya fakültəsinin “NATURALİSTLƏR”, III yeri isə Mühəndislik fakültəsinin “ACCESS” komandaları bölüşdülər.  Qalib komandaya keçici kuboku universitetin  Humanitar Məsələlər üzrə prorektoru, dosent Nizami Namazov təqdim etdi və Universitet rəhbərliyi adından  qələbə münasibətilə komanda üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı.  Belə yarışların gələcəkdə də mütəmadi olaraq davam etdirilməsini bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az