Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz buraxılış işini müdafiə etdilər
Tələbələrimiz buraxılış işini müdafiə etdilər

Bu gün  Fizika və elektroenergetika  fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirildi. Müdafiədə rektor professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, fakültə dekanı dosent Tamella Əhmədova, müəllim və tələbələr iştirak etdilər. Elektroenergetika mühəndisliyi kafedrasının diplomçuları Ülkər Musayeva “Alüminum zavodunun tökmə sexinin elektrik təchizatının işlənməsi”, Ramin Camalədinov “Kimya zavodunun Alkil Benzol sexinin elektrik təchizatının işlənməsi”, Aslan Hacıverdiyev “ EP-300 zavodunun Benzol sexinin elektrik təchizatının işlənməsi” adlı diplom işlərini təqdim etdilər. Onlar buraxılış işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdikdən sonra qaydalara uyğun olaraq müzakirələr aparıldı, suallar cavablandırıldı. Çıxışlarda işlə bağlı Komissiya üzvləri öz fikirlərini bildirdilər.
Müdafiədə çıxış edən rektor professor Elxan Hüseynov bildirdi ki, bu gün onlar nə qazandıqlarını və hansı biliklərə yiyələndiklərini və dörd il ərzində, tələbəlik illərində əldə etdiklərini bir daha nümayiş etdirdilər. Təbii ki,  kadrlar istehsal prosesində yetişir və onların peşəkar, yüksək ixtisaslı statusu da müəyyən istehsalat təcrübəsi qazandıqdan sonra formalaşır. Lakin bütün bunların təməlində təhsilin verdiyi elmi biliklərin olduğu şübhəsizdir. Sonra rektor tələbələri bir daha təbrik edərək onlara uğurlar arzuladı.
Fakültə dekanı dosent Tamella Əhmədova, Elmi rəhbərlər və digər çıxışçılar buraxılış işləri ilə bağlı müsbət fikirlərini söylədilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az