Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə yay məktəbi başladı
Universitetdə yay məktəbi başladı

İyulun 19-da universitetimizdə rektorluğun geniş tərkibdə iclası keçirildi. Heydər Əliyev Mərkəzində təşkil olunan iclasda rektor professor Elxan Hüseynov universitetdə görülən işlərdən və qarşıda duran məsələlərdən bəhs etdi.  Sonra prorektorlar, fakültə dekanları və şöbə müdirləri cari ilin hesabatlarını verdilər.
Tədris Metodik Mərkəzinin müdiri dosent İsabal Qurbanov Yay Məktəbi barədə hesabatında bildirdi ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il,  № 348 saylı qərarının 3.4 bəndinə uyğun olaraq universitetimizdə yay semestri təşkil olundu. Qeyd edək ki, yay məktəbləri universitet tərəfindən tələbələrin kəsirlərinin verilməsi üçün keçirilir. Yay semestrinə 5 həftə nəzəri kurslar üçün vaxt ayrılır, 6-cı həftədə isə imtahanlar təşkil olunur. Yay Məktəbi  iyulun 13-dən  başlayıb. Fakültələrdə artıq fənlər tədris olunur. Kəsirə görə ödəniləcək məbləğ isə fənnin kreditindən asılıdır. Hər bir fənnin öz krediti olur. Universitetimiz üzrə 592 tələbə ərizə verib, onlar 114 qrup şəklində dərslərdə iştirak edirlər. Riyaziyyat fakültəsindən 55, Mühəndislik fakültəsindən 39 , Tarix və coğrafiya fakültəsindən 158, İqtisadiyyat və idarəetmə fakültəindən 53, Kimya və biologiya fakültəsindən 47, Fizika və elektroenergetika fakültəsindən 170, Filologiya fakültəsindən 70 tələbənin  iştirak  etdiyi dərslərə ciddi nəzarət edilir. Dərslər avqustun 16-dək davam edəcək. Avqustun 17-də və 20-də imtahan keçiriləcək.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az