Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ABŞ səfirliyinin nümayəndəsi tələbələrlə görüşdü
ABŞ səfirliyinin nümayəndəsi tələbələrlə görüşdü

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı  səfirliyinin əməkdaşı David Galles tələblərlə görüşdü. O,  ABŞ-da  keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı təqdimatla çıxış etdi. Təqdimatda Amerikanın mürəkkəb və çox pilləli seçki sistemi,  namizədlər, seçkiqabağı proseslər, siyasi partiyalar, onların seçkiqabağı fəaliyyətləri  haqqında  geniş və ətraflı məlumat verdi. Sonra  ABŞ-da prezident seçkilərində qazanılmış bilik və  təcrübə barədə tələbələrlə fikir mübadiləsi aparan David Galles səsləndirilən sualları cavablandırdı. Mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıldı. 
Sonda qonaq təqdimatın keçirilməsində  Sumqayıt Dövlət Univesitetinin  rəhbərliyinə göstərdiyi dəstəyə görə minnətdar olduğunu və tələbələrə fəal iştiraklarına görə təşəkkürünü bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az