Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gənclər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını qeyd etdilər
Gənclər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını qeyd etdilər
Universitetimizdə Tələbə Gənclər Təşkilatı,  Tələbə Həmkarlar İttifaqı Komitəsi, universitetin Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirildi.
Professor-müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirdə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Ramiz Hüseynov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, baş məsləhətçi Pərvin Rəsulov,  Tələbə Gənclər Təşkilatının sədri Nicat Hüseynov hər iki bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək ölkədə aparılan gənclər siyasətinin prioritet sahə olduğunu bildirdilər. Qeyd etdilər ki, hazırda gənclərimiz elm, təhsil,  mədəniyyət, incəsənət, idman, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı  hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir" deyən prezident cənab İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir. Gənclərin ölkənin elmi, mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması da ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının bariz göstəricisidir.  
Tədbir əyləncəli oyunlar və tələbələrin hazırladıqları konsert proqramı ilə davam etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az