Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Bu məqsədlə universitetdə Mülkü Müdafiə və Yanğından Mühafizə Qərargahının təşkilatçılığı ilə maarifləndirici tədbir keçirildi.
Mülkü Müdafiə, Tibbi və Fiziki Hazırlıq kafedrasının baş müəllimi Gülnarə Ələkbərli Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması, mülkü müdafiənin məqsədi və maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, Beynəlxalq  Mülki Müdafiə Təşkilatı Baş məclisin qərarı ilə 1972-ci ildən  etibarən  hər il martın 1-i  bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olmuşdur. Hazırda Beynəlxalq  Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir.  Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.
Tədbirdə əyani vəsaitlər və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarx nümayiş olundu, tələbələrin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az