Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tələbə Gənclər Təşkilatı
Tələbə Gənclər Təşkilatı
Respublikamızın bütün ali orta ixtisas təhsili müəssisələrində, o cümlədən universitetimizdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı könüllülük prinsipi əsasında təhsil aldıqları müəssisələrdə tələbələrin fəallığını gücləndirmək, onların intellektual inkişafını yüksəltmək qrup və fakültələr arasında sıx əlaqələr formalaşdırmaq istiqamətində mühüm işlər həyata keçirir. Məhz buna görə də Təhsil Nazirliyinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq SDU-nun Tələbə Gənclər Təşkilatı öz nizamnaməsini tərtib etdi və 2005-ci ildə fəaliyyətə başladı.
Universitetdə Tələbə Gənclər Təşkilatının tədris, elmi, ictimai-mədəni sahələr üzrə işçi heyətləri fəaliyyət göstərir. Bu işçi heyətləri tələbələrin maraq dairəsini nəzərə alaraq müxtəlif istiqamətlər üzrə layihələr hazırlayır, digər qurumlarla əlaqə saxlayaraq fakültələrdə və qruplarda bu layihələri həyata keçirir.
Təşkilata yarandığı gündən V.Gülmalıyeva, A.Quliyeva, N.Xudiyev, A.Nəciyeva, N.Hüseynov, T.Hacılı, E.Novruzlu rəhbərlik etmişdir. Hal-hazırda SDU TGT-nin sədri Rəvan Paşayevdir. İstedadlı tələbələri üzə çıxarmaq və onların asudə vaxtlarının səmərəli təşkili üçün Tələbə Gənclər Təşkilatının fəaliyyətində müxtəlif klublar yaradılmışdır:
Rəsm klubu ‒ fəaliyyət sahəsi çərçivəsində universitet daxilində tələbə-gənclərin rəssamlıq potensialını aşkarlamaq, rəsm sərgiləri, müsabiqələrin təşkili, təlimlərin keçirilməsi təhsillə bərabər, tələbələrin rəssamlıq bacarıqlarının inkişafını təmin edir. Rəsm klubunun üzvləri incəsənətin sirlərini öyrənir və rəssamlıq sənətinə yüksək səviyyədə yiyələnirlər.
Qeyd edək ki, bu sahə üzrə hər cümə günü təlimlər təşkil olunur.
İntellektual Oyunlar Klubunun fəaliyyət sahəsi çərçivəsində universitet daxilində tələbə-gənclər arasında müxtəlif intellektual formatlar üzrə mütəmadi olaraq yarış və turnirlər təşkil edir. Fəaliyyət göstərdiyi müddətdə İntellektual Oyunlar Klubu özünəməxsus yerini tutmuş, istedadlı tələbələri öz ətrafında toplamaq və bir komanda şəklində daim irəliyə hərəkət etmək məqsədini rəhbər tutaraq inkişaf etmək və öz əhatə dairəsini genişləndirməyə davam etməkdədir. Eyni zamanda klub tələbələrin universitet xaricində də yarışlarda iştirakını təmin edir.
Kitab klubu. Klub bədii ədəbiyyatla maraqlanan, kitab oxumağı sevən və asudə vaxtının səmərəli keçirən tələbələr üçün fəaliyyət göstərir. Klubun məqsədi kitabsevərləri bir araya toplamaq, onlar üçün yerli və xarici ədəbiyyata olan əsərlər haqqında fikir mübadiləsi və müzakirə etmək imkanı yaratmaqdır. Klub fəaliyyətində yazıçı və qiraətçilərlə səmimi görüşlər təşkil edir. Mütəmadi olaraq həftə sonları səmimi görüşlər keçirilir, seçilmiş əsərlər üzrə müzakirələr aparılır.                                           
İdman klubu ‒ tələbələrin idman bacarıqlarını inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etmək və idmanın müxtəlif növlərinə maraq yaratmaq məqsədilə Tələbə Gənclər Təşkilatı İdman klubu fəaliyyət göstərir. Klubun fəaliyyət çərçivəsində futbol, voleybol, basketbol, masaüstü tennis, şahmat, dama, qılıncoynatma, badminton və s. kimi idman növləri daxildir. İdman klubunun üzvləri daima öz nailiyyətləri ilə seçiliblər.
Debat klubu. Hazırda 200-dən çox təhsil müəssisəsində, o cümlədən 2019-cu ildən universitetimizdə Debat klubları mütəmadi olaraq fəaliyyət göstərir. Klub universitet daxilində tələbələr arasında debat fəlsəfəsini aşılamaqla debatçılıq qabiliyyətlərinin və debat vərdişlərinin inkişaf etdirilməsi, eləcə də natiqlik mədəniyyətinin daşıyıcılarının artırılmasında rol oynayır. Debat ən azı iki tərəfi olan qarşılıqlı müzakirədir. Debat vasitəsilə gənclərin inandırma, əsaslandırma, arqumentləşdirmə, araşdırma bacarıqları, natiqlik qabiliyyətləri inkişaf edir. Debatçılarımız Sumqayıt Dövlət Universitetini Respublika Gənclər Debat Forumu, Bakı Gənclər Debat Forumu və digər forumlarda layiqincə təmsil edir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az