Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Fizika və Elektroenergetika | Fizika və onun tədrisi metodikası
Fizika və onun tədrisi metodikası
Sumqayıt Dövlət Universitetinin Elmi şurasının 30.03.2017-ci il tarixli qərarına əsasən Ümumi fizika və Fizikanın tədrisi metodikası kafedraları birləşdirildi. Ümumi fizika kafedrası 1976-cı ildən, Fizikanın tədrisi metodikası kafedrası isə 2006-cı ildən fəaliyyət göstərmişdir. Bu iki kafedranın bazasında Fizika və onun tədrisi metodikası kafedrası yaradıldı. 2014-cü ildə kafedraya dos. Fuad Əziz oğlu Məmmədov müdir təyin olunmuşdur.
Hazırda kafedrada 1 nəfər professor, 6 nəfər dosent,3 nəfər baş müəllim, 2 nəfər assistent, 1 nəfər laboratoriya müdiri, 3 nəfər böyük laborant, 2 nəfər laborant, 1 nəfər preparator fəaliyyət göstərir.
1. Məmmədov Fuad Əziz oğlu - kaf.müdiri, 0,5 dosent
2. Hüseynov Vəli Allahverdi oğlu – professor, AMEA-nın müxbir üzvü
3. Qurbanov Mehdi Məhəmməd oğlu - dosent
4. Qocayev Murğuz Muğan oğlu – dosent
5. Lətifova Sevil Seyfulla qızı - dosent
6. Sadıqova Sara Rəşid qızı - dosent
7. Məmmədova Rəsmiyyə Lətif qızı - dosent
8. Zeynalov Hamlet İxtiyar oğlu - baş müəllim
9. Həşimova Aynur İxtiyar qızı –dosent
10. Hüseynova Kəmalə Müsəllim qızı – f.f.d, baş müəllim
11.Şahsuvarova Qərənfil Əbdül qızı - assistent
12. Səlimova Vəfa Vəli qızı – assistent
13. Rzayeva Aybəniz Səməndər qızı - lab. müdiri
14. Quluyeva Sevinc Şahin qızı - böyük laborant
15. Heydərova Gülmirə Əkbər qızı - böyük laborant
16. Ayvazova Zəminə Nuru qızı - böyük laborant
17. Babayeva Aynur Ənvər qızı - laborant
18. Qarayeva Elvira Sahib qızı - 0.5ş. laborant
19. Ağaliyeva Mədinə Rafik qızı - preparator
Kafedrada hazırda 1elmlər doktoru proqramı üzrə doktorant, 1 fəlsəfə doktorluğu üzrə doktorant, 14 magistrant elmi işlə məşğul olur.
Fizika və onun tədrisi metodikası kafedrasında tədris olunan fənlər
Bakalavriat pilləsi üzrə
1. Fizikanın tədrisi metodikası-1, 2
2. Məktəb fizika kursunun elmi əsasları
3. Məktəb fizika kursunda məsələ həlli
4. Ümumtəhsil kurikulumun əsasları
5. Mexanika
6. Molekulyar fizika
7. Elektrik və maqnetizm
8. Ümumi fizika
9. Fizikanın əsasları
10. Tətbiqi fizika
11. Fizika
12. Fizikada əsas anlayışlar və onların tədrisi
Magistratura pilləsi üzrə
İxtisas fənləri bölümü
1. Fizikanın tədrisi metodikasının müasir problemləri
2. Fizikanın müasir problemləri
3. Fizikanın tədrisi metodikasının tarixi və metodologiyası
4. Fizikanın tarixi və metodologiyası
İxtisaslaşmaya ayrılan fənlər
1. Fiziki sabitlər və əmsallar
2. Müəllim hazırlığında kurikulum
3. Fizika tədrisinin xüsusi məsələləri
4. Fizika tədrisində mürəkkəb məsələlərin həlli metodikası- 1,2
5. Fizikanın tədrisində nəzəri və eksperimental tədqiqatların metodikası və texnologiyası
6. Məktəb fizika kursunun elmi-nəzəri əsasları
7. Məktəb fizika eksperimentinin sistemi və təkmilləşdirilməsi
Seçmə fənlər
1. Fizikanın tədrisində müasir texnologiyanın tətbiqləri
2. Fizikanın tədrisində ekoloji məsələlər
3. Fizikada nəzəriyyə və qanunların tədrisi
4. Tədqiqat üsulları
5. Rəqslər və dalğalar
6. Rentgenoqrafik üsulla kristallik quruluşun öyrənilməsi
7. Molekulyar quruluş və molekulyar qüvvələrin təbiəti
8. İstilik parametrlərinin nəzəri əsasları
9. Kristalların sintezi və monokristalların yetişdirilməsi üsulları
Kafedra Yarımkeçirici və dielektriklər fizikası sahəsində – “I, III və VI – qrup elementləri əsasında alınan yarımkeçirici birləşmələrin kristallik quruluşunun öyrənilməsi və əsas yarımkeçiricilik parametrlərinin təyin olunması”, “Fasiləsiz təhsil sistemində fizikanın tədrisi metodikası və metodologiyası”, “Müxtəlif maddələrin fiziki xassələrinin öyrənilməsi” mövzularında elmi-tədqiqat işləri aparır.
Kafedra üzrə son 5 ildə 1 monoqrafiya, 3 dərs vəsaiti, 2 metodik vəsait,çoxlu sayda fənn proqramı və sillabus, o cümlədən bakalavriat səviyyəsi üzrə 23, magistratura səviyyəsi üzrə 19 fənn proqramı, 80-ə qədər elmi məqalə və tezis, o cümlədən 14-ü impakt faktorlu olmaqla və 3-ü xaricdə çap olunmaqla 37 elmi məqalə, 2-si xaricdə çap olunmaqla 39 konfrans materialı nəşr olunmuşdur. Son illərdə dosent Fuad Məmmədovun “Müasir fizikanın metodoloji prinsipləri”, “Rasionallıq və qeyri-rasionallıq, “Qanun kateqoriyası müasir elmi biliklər sistemində” monoqrafiyaları, prof. Y.Q.Nurullayev və dos. F.Ə. Məmmədovun “Fizikanın tədrisi metodikasının müasir problemləri”, prof. Y.Q. Nurullayev və dos. R.L. Məmmədovanın “Orta məktəb kursunda molekulyar fizikanın tədrisi metodikası”, M.M.Qurbanov, S.S.Lətifova və M.M.Qocayevin “Aşağı temperaturlar fzikası”, M.M.Qurbanovun “Tətbiqi fizika”və s. kimi dərs vəsaitləri çap olunmuşdur.
Kafedranın Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə elmi və tədris-metodiki sahədə əlaqələri vardır.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az