Oktyabrın 23-də SDU-nun akt zalında universitetin rəhbərliyi ilə Filologiya və Tarix-Coğrafiya fakültəsinin I kurs tələbələri arasında görüş keçirildi.
Görüşdə universitetin rektoru Elxan Hüseynov qəbul olmuş tələbələrə universitet haqqında ətraflı məlumat verib, yeni tədris ilində görülən işlərdən, tətbiq olunan yeniliklərdən danışdı.
Sonra hər iki fakültənin ən yüksək balla qəbul olmuş tələbələrinə uğurlar arzuladı.
Universitet kitabxanasının təkmilləşdirilməsi haqqında məlumat verən rektor qeyd etdi ki, elektron kitabxana layihəsi tam hazırlanaraq siz tələbələrin ixtiyarına verilmişdir.
Görüşdə SDU-da yeni qüvvəyə minən “Tələbələrin universitet daxili intizam qaydaları”na da toxunan rektor vurğulayıb ki, universitetdə nizam-intizam qaydaları hər bir tələbə tərəfindən qorunmalıdır və qaydaları pozanlara qarşı müvafiq ölçü götürüləcək.
“Biz istəyirik ki, tələbələrimiz savadlı və bacarıqlı olsunlar”,- deyən rektor, təhsilin keyfiyyətinin tələbələrin tələbləri əsasında formalaşdığını vurğuladı. Bildirdi ki, onlar öz təklif və iradları ilə bağlı universitetdə qoyulan “şikayət və təkliflər qutusuna”a da irad və təkliflərini daxil edə bilərlər.
Oktyabr ayında SDU-nun bütün fakültələr üzrə keçirilən görüşlərində rektor tələbələri maraqlandıran sualları cavablandırdı.
Mətbuat xidməti