Əsas səhifə | Xəbərlər | Daha bir görüş keçirildi
Daha bir görüş keçirildi

Oktyabrın 24-də SDU-da rektor Elxan Hüseynovun Mühəndislik, Kimya-Biologiya və  İqtisadiyyat və İdarəetmə fakültəsinin  bu il birinci kursuna qəbul olunmuş tələbələri ilə görüşü keçirildi.
Görüşdə rektor universitetin rəhbərliyini, Sabir Xəlilovu, Mahal Muradovu və Bəsti Orucəliyevanı tələbələrə təqdim etdi.
Rektor Elxan Hüseynov çıxışında bildirdi ki,  hər bir ölkədə olduğu kimi, Azərbaycanda  da təhsil cəmiyyəti formalaşdıran ən vacib amillərdən biridir. Hazırki dövrdə hər bir dövlətin inkişafında mühüm rolu məhz təhsil oynayır, ona görə ki,  bütün dövrlərdə dövlət yalnız ağıllı, bacarıqlı, yüksək elmə malik olan insanların əməyinin əsasında inkişaf edir. Təhsilimizin  inkişafında  olan nailiyyətlər ümummili lider Heydər Əliyevin uğurlu, uzaqgörən siyasəti nəticəsində əldə olunub.  Dinamik inkişaf edərək regionun lider dövlət statusunu qazanan Azərbaycan siyasi, iqtisadi, idman, sosial və s. tədbirlərin keçirildiyi məkan kimi tanınır. Təbii ki, bütün bunlar respublikamızın artan nüfuzundan, imicindən xəbər verir. Azərbaycan bu gün həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə bir mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bunların hamısı ümummilli lider Heydər Əliyevin  daxili və xarici siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlarının bariz nümunəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkədə çoxsaylı uğurlara imza atıldığını rektor Elxan Hüseynov tələbələrin diqqətinə çatdırdı.  Bildirdi ki, ölkənin  sürətli inkişafında, yeniləşməsində, Azərbaycanın iqtisadi sahədə olan uğurlarında, regionlarımızın inkişafında olan nailiyyətlər dövlət səviyyəsində  keçirilən islahatların təzahürüdür.
Azərbaycanın təhsil sistemində Boloniya prosesinə qoşulmağın müsbət tərəflərini vurğulayan rektor qeyd etdi ki, kredit sistemi ali təhsildə demokratik prinsiplərin bərqərar olmasını, ədalətliliyi və obyektivliyi, nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəldilməsini təmin etdiyindən Boloniya prosesində bu prinsipin xüsusi yeri vardır.
Kredit sistemi hər bir tələbənin özünün fərdi tədris planının olmasını, ona fənlərin öyrənilməsi ardıcıllığını müəyyənləşdirməyə imkan yaradılmasını, tələbəyə müəllimi seçmək hüququnun verilməsini, müəllimlərin dərs yükünün tələbələrin fərdi tədris planları əsasında müəyyənləşdirilməsini və s. kimi tələbləri nəzərdə tutur. Kredit-fənnin mənimsənilməsinə ayrılan vaxtın və ona sərf olunan əməyin ölçü vahidi kimi çıxış edir. Başqa sözlə, kredit təhsilin nəticələrini müqayisə etmək üçün Avropa məkanında ali təhsildə qəbul olunmuş vahid ölçüdür.
Bolonya prosesi haqqında məlumatları tələbələrin nəzərinə çatdıran rektor daha sonra tələbələr tərəfindən verilən sualları dinlədi. Verilən bəzi suallar və təkliflərlə bağlı əksər məsələlərin yerindəcə həll edilməsinə göstəriş verildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az