Əsas səhifə | Xəbərlər | SDU-da “Nəyi kəşf edəcəksiniz?” forumu keçirildi
SDU-da “Nəyi kəşf edəcəksiniz?” forumu keçirildi

Oktyabrın 30-da Sumqayıt Dövlət Universitetində neft və qaz sənayesi ilə bağlı ixtisaslar üzrə SDU-da təhsil alan tələbə və məzunlar üçün BP şirkətinin təşkilatçılığı ilə “Nəyi kəşf edəcəksiniz?” karyera forumu keçirildi. Tədbirin keçirilməsində məqsəd  BP və onun tərəfdaşlarının neft-qaz sahəsində yüksək ixtisaslı yerli mütəxəssislərin yetişdirilməsidir.            
Tədbiri öncə SDU-nun Humanitar məslələr üzrə  prorektoru, dosent Nizami Namazov  açaraq bildirdi ki,  neft və qaz ixtisası sahələrində təhsil alan tələbələr arasında karyera qurmaq imkanlarını dəyərləndirmək baxımından  belə görüşlərin keçirilməsi universitetimizin tələbələri üçün çox əhəmiyyətlidir. Bu forum BP şirkətindəki karyera imkanlarının interaktiv şəkildə müzakirəsinə və  BP-nin nümayəndələri ilə ünsiyyət qurulmasına imkan yaradır. Tələbələrimiz  BP şirkətinin nümayəndələri ilə görüşərək mövcud və gələcək karyera imkanlarını, işəgötürmə proqramlarını və planlarını müzakirə edə biləcəklər. Onlar həmçinin BP şirkətinin  Azərbaycanda və regionda 20 il ərzində təhlükəsiz və etibarlı şəkildə dənizdə və quruda həyata keçirdiyi əməliyyatlar haqqında məlumat almaq imkanına malik olacaqlar.  Bununla da bizim universitetdə təhsil alan gənclərimiz öz bilik və bacarıqlarından istifadə edərək ölkənin iqtisadi inkişafına töhfə verəcəkdir.
Sonra BP şirkətinin Tələbə və məzunların işə qəbulu üzrə proqram mütəxəssisi Dilarə Mustafayeva iki proqram: Gənc mütəxəssislər proqramı və yay təcrübəsi proqramları haqqında tələbə və məzunlara ətraflı məlumat verdi. Bildirdi ki, gənc mütəxəssislər proqramı erkən inkişaf proqramı adlanır. Bu proqrama  2013, 2014, 2015-ci illərin məzunları müraciət edə bilərlər. Bu proqram tələbələrə BP-də işləmək və ilk gündən real həyatda bilik və bacarıqlarını sınamaq imkanları verir. Yay təcrübəsi proqramına isə 2016-cı ildə universiteti bitirəcək məzunlar müraciət edə bilərlər. Bu proqram sayəsində onlar BP-də 10 həftə ərzində təcrübəli mütəxəssislərlə  işləyə və real layihələrdə iştirak edə bilərlər.
Tələbə və məzunların işə qəbulu üzrə proqram koordinatoru  Həlimə Mahmudova isə bu proqramlara onlayn müraciət formasını  tələbələrə izah etdi.
Proses üzrə mühəndis Nazilə Əliyeva Gənc mütəxəssislər  proqramının üstünlüyündən danışdı.
Sonda tələbələrin sualları cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az