Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İnklüziv Təhsil Mərkəzi
İnklüziv Təhsil Mərkəzi
Fiziki imkanları məhdud olan tələbələr üçün mərkəz Avropa İttifaqının “Fiziki imkanları məhdud olan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə inteqrasiyası” (ESFİDİP) layihəsi çərçivəsində yaradılmışdır. Mərkəzin adı onun fəaliyyət dairəsinin genişləndirilməsi və müasir standartlara cavab verə bilməsi məqsədilə İnklüziv Təhsil Mərkəzi olaraq dəyişdirilir. İnklüziv Təhsil Mərkəzinin yeni Əsasnaməsi Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 21.12.2022-ci il tarixli iclasının (protokol №04) qərarı ilə təsdiq edilmişdir. Mərkəzə məsul şəxs vəzifəsini Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Məmmədova Aytəkin Telman qızı icra edir.
İnklüziv Təhsil Mərkəzi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüquqi aktları, “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunlarını və digər normativ hüquqi aktları, eləcə də Mərkəzin Əsasnaməsini rəhbər tutur. İnklüziv Təhsil Mərkəzinin fəaliyyət dairəsinə sağlamlıq imkanları məhdud olan şagirdlərlə ümumorta təhsil müəssisələrində görüşlərin keçirilməsi, onlara universitetdə yaradılmış mərkəzin fəaliyyəti haqda məlumatların verilməsi, universitetin I kursuna qəbul olan sağlamlıq imkanları məhdud tələbələrlə görüşlərin keçirilməsi və onların universitetdə yaradılmış imkanlar barədə məlumatlandırılması, sağlamlıq imkanları məhdud olan tələbələrə dərs deyəcək müəllimlərlə işçi görüşlərin keçirilməsi, imtahan sessiyasından əvvəl,sağlamlıq imkanları məhdud olan tələbələr üçün imtahan qaydalarının tərtib edilməsində iştirak etmək, mərkəzin işinə könüllülərin cəlb edilməsi və onların təlimatlandırılması, sağlamlıq imkanları məhdud olan məzun tələbələrin işlə təmin edilməsi barədə Karyera və Məzunlarla İş Mərkəzi ilə məsləhətləşmələrin həyata keçirilməsi və s. aiddir. Mərkəz SDU-nun Elmi Hissəsinin binasında (otaq № 5) yerləşir.
İnklüziv Təhsil Mərkəzi həftənin beş iş günü fəaliyyət göstərir.
Əlaqə vasitəsi 
email: aytakin.mammadova@sdu.edu.az 
telefon: 051 311 07 71
 

 

  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az