Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tələbə elmi cəmiyyəti
Tələbə elmi cəmiyyəti
2-9 aprel 2017-ci il tarixlərində Rusiyanın Pskov Dövlət Universitetində keçirilən “Gənclik–Elm 2017” Gənclərin Beynəlxalq elmi-təcrübi konfransında SDU-nun 3 nəfər tələbəsi iştirak etmiş, sertifikat və hədiyyələrlə mükafatlandırılmışlar. 
2017-ci ilin 17-19 oktyabr tarixlərində 3 nəfər tələbədən ibarət heyət Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən Ufa Dövlət Neft Texniki Universitetində keçirilən “Təhsil, elm və mədəniyyət sferasında Rusiya-Azərbaycan əlaqələrinin vəziyyəti və perspektivləri” mövzusunda festivalda uğurla iştirak etmişlər.
2017-ci ilin noyabrın 30-da Tələbə Elmi Cəmiyyətinin xətti ilə Pskov Dövlət Universitetinin Təbiət elmləri, psixologiya və tibbi təhsil fakültəsinin dekanı professor Vladimir Prokofyev Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının müəllimləri üçün seminar keçirdi.Son zamanlar Sumqayıt Dövlət Univerisiteti ilə Pskov Dövlət Universiteti arasındakı qarşılıqlı elmi mübadilə uğurla həyata keçirilir.
Sumqayıt Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinə Biologiya üzrə fəlsəfə doktoru Lalə Bunyatova rəhbərlik edir.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az