Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Rektorun müşaviri
Rektorun müşaviri
İsmayıl Teyyub oğlu İsmayılov 6 avqust 1984-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Orta məktəbi 2001-ci ildə qırmızı attestatla bitirib.
2001-ci ildə Moskvada keçirilən Beynəlxalq Mendeleyev Kimya olimpiadasının qalibi kimi M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olmuş və 2006-cı ildə fakültənin “Neft kimyası və üzvi kataliz” kafedrasında “Detonasiya ilə sintez olunmuş nanoalmazların xassələrinə oksidləşdirici-reduksiyaedici işlənmənin təsiri” mövzusunda diplom işini müvəffəqiyyətlə müdafiə edərək, universiteti “kimyaçı” mütəxəssis olaraq bitirmişdir. 2005-ci ildə universitetin 4-cü kursunda oxuyan zaman Azərbaycanda 9-11-ci siniflər arasında keçirilən Respublika Kimya olimpiadasının suallarının tərtib olunmasında fəal iştirak edib.
Təhsilini dövlət xətti ilə Moskvada aspirantura pilləsində davam etdirmiş, 2011-ci ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Yanacaq elementləri üçün hidrogenin alınması məqsədi ilə mis tərkibli serium-sirkonium katalizatorları üzərində metanolun çevrilməsi” mövzusunda dissertasiya işini “Neft kimyası” və “Kimyəvi kinetika və kataliz” ixtisasları qovşağında müdafiə etmişdir.
Həmçinin elmi işini də dövlət xətti ilə Moskvada davam etdirərək M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yerinə yetirdiyi “Ekoloji əlverişli xammallar əsasında korroziyaya qarşı çoxfunksiyalı, biosid aktivliyinə malik yeni reagentlərin yaradılması” mövzusunda dissertasiya işini “Neft kimyası” və “Kimya texnologiyası və mühəndisliyi” ixtisasları qovşağında 2017-ci ildə 32 yaşında müdafiə etmiş, kimya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Ümumilikdə 110-dan çox elmi əsərin, o cümlədən 3 patentin və 1 monoqrafiyanın müəllifidir. Elmi əsərlərin 40-dan çoxu dünyanın nüfuzlu elmi jurnallarında çap olunub.
Görülən elmi işlərin nəticəsində yaradılmış çoxfunksiyalı reagentlər kompozisiya şəkilində bakterisid, korroziya inhibitoru və duzçökmə inhibitoru kimi “Şirvan” əməliyyat və “Binəqədi” neft şirkətlərində tətbiq olunmuşdur.
Əmək fəaliyyətinə Moskvada kimyaçı-mütəxəssis olaraq başlamış, daha sonra akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda aparıcı elmi işçi, Baş texnoloq, Baş elmi işçi vəzifələrində çalışmış, 4 dekabr 2023-cü il tarixindən Sumqayıt Dövlət Universitetində Rektor müşaviri vəzifəsinə təyin olunmuşdur.
İsmayıl İsmayılov elmi fəaliyyətini akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda davam etdirir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az