Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Gənclərin Beynəlxalq Həmrəylik Gününə həsr edilmiş “Azərbaycan gəncliyi və beynəlxalq həmrəylik” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi
SDU-da Gənclərin Beynəlxalq Həmrəylik Gününə həsr edilmiş “Azərbaycan gəncliyi və beynəlxalq həmrəylik” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi
Gənclik gözəllikdir, gücdür, ümiddir. Düzgün tərbiyə olunmuş, təhsil almış, öz biliyi, bacarığı daxilində hər hansı bir peşəyə yiyələnmiş, zəkalı, bacarıqlı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər. Təqvimdə bir gün var ki, bütün dünyada gənclərin beynəlxalq günü kimi qeyd olunur. Aprelin 24-də Sumqayıt Dövlət Universitetində SDU-nun Gənc alimlər və tədqiqatçılar şurasının təşkilatçılığı ilə Gənclərin Beynəlxalq Həmrəylik Gününə həsr edilmiş “Azərbaycan gəncliyi və beynəlxalq həmrəylik” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi.
Tədbiri SDU-nun Gənc alimlər və tədqiqatçılar şurasının sədri Xəyalə Mürsəliyeva açaraq iştirakçıları salamladı və Gənclərin Beynəlxalq Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Gənclərin Beynəlxalq Həmrəylik Günü qeyd olunur. Bu günün qeyd olunması dövlət orqanlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə yönəltməyə xidmət edir.
Xəyalə Mürsəliyeva bütün gəncləri həmrəylik günü münasibəti ilə təbrik etdi.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt Nümayəndəliyinin direktoru Sevinc Salehqızı “Azərbaycan gəncliyinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası” mövzusunda çıxış edərək bildirdi ki, Azərbaycan gəncliyinin Gənclər Hərəkatına inteqrasiyası sahəsində də böyük uğurlar əldə edilib. Respublikamızdakı gənclər təşkilatları BMT, UNESKO, Avropa Şurası, Avropa Birliyi və s. beynəlxalq qurumların gənclər proqramlarına qoşulur, birgə layihələrdə iştirak edir, MDB və digər ölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər. Bir sözlə, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Xəzər Universitetinin Təlim və Tədris Mərkəzinin direktoru Ülkər Bayramova “Təhsildə İKT və internet məkanında gənclərin beynəlxalq həmrəylik nümayişi” mövzusunda çıxış etdi. Bildirdi ki, İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin həyat və düşüncə tərzinə də ciddi təsir göstərməkdədir.
SDU-nun Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Samirə Məmmədova “Qarabağ həqiqətlərinin beynəlxalq müstəvidə təbliğində gənclərin rolu” mövzusunda çıxış etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və ordumuzun qəhrəmanlığı sayəsində erməni təxribatının dəf edilməsi və düşmənə layiqli cavab verilməsi bütün dünyada yaşayan soydaşlarımızın vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb oldu. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar dövlət tərəfindən bu istiqamətdə atılan addımlara dəstək və həmrəylik ifadə etdirirlər. Dünyanın müxtəlif ölkələrində keçirdikləri etiraz aksiyaları zamanı həmvətənlərimizin dünya birliyinə və beynəlxalq təşkilatlara həqiqətləri çatdırması, Ermənistan dövlətinin işğalçılıq siyasətini kəskin şəkildə pisləyərək, Azərbaycan dövlətinə, prezidentinə, xalqımıza və ordumuza dəstək nümayiş etdirməsi müsbət qiymətləndirildi.
Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının gənclər ilə iş üzrə sədr müavini Elmar Xəlilov “Gənclərin milli və beynəlxalq həmrəyliyə çağırışında YAP-ın rolu” mövzusunda çıxış edərək diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Elmar Xəlilov xüsusilə vurğuladı ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. YAP-ın Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az