Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Kimya və biologiya fakültəsində Təhsil Tələbə Krediti ilə bağlı maarifləndirici tədbir keçirildi
SDU-nun Kimya və biologiya fakültəsində Təhsil Tələbə Krediti ilə bağlı maarifləndirici tədbir keçirildi
Mayın 12-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsində Təhsil Tələbə  Krediti ilə  bağlı maarifləndirici tədbir keçirildi.
Açılış nitqi ilə Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov çıxış edərək dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı bəhs etdi, təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrlə görüşlər təşkil etməyin vacibliyini vurğuladı.
Daha sonra fakültənin Təlim-tərbiyə işləri üzrə dekan müavini Sabir Ələkbərov Təhsil Tələbə Krediti ilə bağlı ətraflı danışdı. Bildirdi ki, Təhsil Tələbə Kredit Fondunun təsis olunması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir. Fond Prezident cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə təsis olunub. Tələbələr üçün yeni imkanlar təklif edən fond ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət edir.
Universitetin Təhsil Tələbə Krediti üzrə məsul şəxsi, Tədris Metodik Mərkəzin Tədris bölməsinin müdiri  Sabir Behbudov çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılmış TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları,təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə və universitet üzrə 2021/22-ci tədris ili üçün I və II semestrlər üzrə e.ttkf.edu.az portalından qeydiyyatdan keçən tələbələr haqqında geniş məlumat verdi.
Sonra Təhsil Tələbə Kreditinin əldə edilməsi ilə bağlı videoçarx nümayiş olundu.
Tədbir tələbələrin mövzuya dair suallarının cavablandırılması ilə yekunlaşdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az