Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kazan Dövlət Energetika Universitetinin nümayəndə heyəti SDU-da oldu
Kazan Dövlət Energetika Universitetinin nümayəndə heyəti SDU-da oldu
İyunun 2-də Kazan Dövlət Energetika Universitetinin nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində oldu. 
Sumqayıt Dövlət Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynov Kazan Dövlət Energetika Universitetinin İnkişaf və innovasiyalar üzrə prorektoru İrina Axmedova və Enerji qənaəti sahəsində Texnologiyalar və Kompetensiya Mərkəzinin mühəndisi Samir Abduraşitovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Rektor qonaqları salamlayaraq onlarla dəyirmi masa ətrafında görüşdü və qarşılıqlı maraq doğuran məsələlərdən bəhs edərək  görüşün  həm tələbə, həm də professor-müəllim heyəti və bütövlükdə hər iki ali təhsil müəssisəsi arasında uğurlu əməkdaşlığa təkan verəcəyini diqqətə çatdırdı.
Prezident cənab İlham Əliyevin elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan rektor bu sahələrdə qazanılan uğurlardan danışdı.
Rektor həmçinin rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti,  beynəlxalq əlaqələri, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verdi, Azərbaycanla  Rusiya arasında olan dostluq  əlaqələrindən bəhs etdi və bildirdi ki, Sumqayıt Dövlət Universitetinin Rusiya Federasiyasının bir çox universitetləri ilə yanaşı, Kazan Dövlət Energetika Universiteti ilə də təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlığı uğurla davam etdirilir.
Sonra SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov qonaqları universitetimizdə görməkdən məmnunluğunu  ifadə edərək universitet  haqqında ətraflı məlumat verdi və bildirdi ki, SDU  60 illik yubileyini qeyd etmək ərəfəsindədir. Özünəməxsus tarixi bir yol keçən universitetimizdə son illər təşkil olunan belə görüşlər  ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurlu inkişafına əvəzsiz töhfələr verəcək.
Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova rəhbərlik etdiyi fakültənin Kazan Dövlət Energetika Universiteti ilə əməkdaşlığından və birgə həyata keçirilən layihələrdən söz açdı. 
Qonaqpərvərliyə görə Sumqayıt Dövlət Universitetinin rektoruna təşəkkür edən Kazan Dövlət Energetika Universitetinin İnkişaf və innovasiyalar üzrə prorektoru İrina Axmedova təmsil etdiyi universitetin rektoru E.Y.Abdullazyanovun salamını çatdırdı, universitetlər arasında işbirliyindən məmnunluğunu ifadə etdi. İki universitet arasındakı münasibətlərin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində maraqlı olduğunu qeyd etdi. 
Görüşdə iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı, tələbə-müəllim mübadiləsi, birgə elmi tədqiqat məsələləri müzakirə olundu.
Sonra tərəflər qarşılıqlı olaraq bir-birinə hədiyyələr təqdim etdilər.
Qonaqlar universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində, eləcə də auditoriya və laboratoriyalarda oldular, universitetin II tədris binası və açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya, Tədris poliqonu ilə tanış oldular. 
Daha sonra qonaqların Sumqayıt şəhərinə gəzintiləri təşkil olundu. Şəhərimiz ilə yaxından tanış olan qonaqlar onlara göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az