Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetin əməkdaşı Tacə Vahabovanın 60 illik yubileyi qeyd olundu
Universitetin əməkdaşı Tacə Vahabovanın 60 illik yubileyi qeyd olundu
Bu gün Sumqayıt Dövlət Universitetinin Kadrlar şöbəsinin mütəxəssisi Tacə Vahabovanın anadan olmasının 60 illik yubileyi qeyd olunur.
Universitetin rektoru professor Elxan Hüseynov Tacə Vahabovanı qəbul edərək onu 60 illik yubileyi münasibətilə təbrik etdi və cansağlığı arzuladı. Vətənə Fərhad kimi layiqli övlad bəxş etdiyi üçün Tacə xanıma təşəkkür edərək, şəhid Fərhad Əliyevin şəhidlik zirvəsinə ucalması və 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışdı. Qeyd etdi ki, həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur. Bu gün Azərbaycan xalqı bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə fəxr edir.
Rektor çıxışının sonunda Tacə Vahabovaya uzunmüddətli səmərəli fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə və anadan olmasının 60 illik yubileyi munasibətilə fəxri fərman və mükafat təqdim etdi.
Tacə Vahabova ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova minnətdarlığını ifadə etdi. Bildirdi ki, yeganə övladı Fərhad ilə bir ana kimi həmişə qürur duyub. O, Azərbaycan əsgərinin şərəfli adına layiq, Hərbi Andına sadiq bir əsgər kimi sonadək döyüşdü.
Tacə xanım onu da vurğuladı ki, şəhid Fərhadın Vətənlə bağlı arzusu yerinə yetdi: “Torpaqlarımız azad olundu, amma özü ilə bağlı olan arzuları yarımçıq qaldı”
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az