Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ASİİN ekspertləri Sumqayıt Dövlət Universitetində oldular
ASİİN ekspertləri Sumqayıt Dövlət Universitetində oldular
Oktyabrın 10-da Sumqayıt Dövlət Universiteti ASİİN (Mühəndislik, İnformatika,Təbiət elmləri və Riyaziyyat təhsil proqramları üzrə Akkreditasiya Agentliyi) ekspert qrupunu qəbul etmişdir. 
Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində yerləşən ASİİN ilə SDU arasında imzalanmış 17 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən universitetin Mühəndislik fakültəsi üzrə 3 təhsil proqramının beynəlxalq akkreditasiyadan keçirilməsi nəzərdə tutulmuşdur.
ASİİN ekspert qrupunun sədri Çemnitz universitetinin professoru Madhukar Çandra, üzvləri Hamburq Tətbiqi Elmlər Universitetinin professoru Volfqanq Renz, Bosch şirkətindən Dr. Alfred Şulte, ADA universitetinin tələbəsi İlhamə Novruzova, layihənin koordinatoru isə Paulina Petraçenkodur.
Ekspert qrupunu ilk olaraq SDU-nun rektoru Rüfət Əzizov qəbul edərək universitetin gələcək fəaliyyəti, strateji hədəfləri, vizyonu, beynəlxalq akkreditasiyanın təhsil proqramlarının yenilənməsində önəmindən danışdı.
Sonra rektor qonaqlara hədiyyələr təqdim etdi. 
Günün ikinci yarısı Beynəlxalq ekspert qrupu ilə fasilələrlə SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzlu, Dil və tərcümə mərkəzinin direktoru Jalə Məmmədova, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev və akkreditasiya ediləcək 3 proqram üzrə kafedra müdirləri dosent Qadir Mansurov, professor Cavanşir Məmmədov və professor Aqil Hüseynov  görüş keçirdilər.
Qeyd edək ki, Beynəlxalq Akkreditasiya prosesi 3 gün ərzində davam edəcək.
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az