Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq Akkreditasiyanın ikinci günü davam edir
SDU-da Beynəlxalq Akkreditasiyanın ikinci günü davam edir
Oktyabrın 11-də ASİİN (Mühəndislik, İnformatika, Təbiət Elmləri və Riyaziyyat təhsil proqramları üzrə Beynəlxalq Akkreditasiya Agentliyi) ekspert qrupu SDU-nun Mühəndislik fakültəsinin 3 təhsil proqramını-Kompüter mühəndisliyi, İnformasiya Texnologiyaları, Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisaslarını beynəlxalq akkreditasiya etmək üçün yenidən SDU-da oldular.
Günün birinci yarısı beynəlxalq ekspertlər SDU-nun tələbələri ilə görüşüb, onlarla geniş müzakirələr apardılar.
Daha sonra ASİİN ekspert qrupu Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, kafedra müdirləri və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova ilə birgə fakültənin müasir laboratoriyalarına baxış keçirib, yeni alınmış müasir standartlara cavab verən avadanlıqların işi, həmçinin kompüterlə təchiz edilmiş auditoriyalar ilə yaxından tanış oldular. Bununla yanaşı universitetin qonaqları məşğələ dərslərində də iştirak etdilər.
Günün ikinci yarısı ekspertlər SDU-nun sənaye tərəfdaşları ilə görüş keçirdilər. Görüşdə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt ASAN xidməti, Etilen-Polietilen zavodu, Neftqazavtomat Elmi-İstehsalat müəssisəsi, Sumqayıt Sukanal idarəsindən SDU-nun mütəmadi əməkdaşlıq etdiyi mütəxəssislər iştirak edirdilər.
Sonra isə beynəlxalq ekspert qrupu universitetin infrastrukuru, Tələbə evi və açıq səma altında yerləşən muzey – poliqon ilə yaxından tanış oldular.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az