Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ASİİN SDU-da akkreditasiya prosesini başa çatdırdı
ASİİN SDU-da akkreditasiya prosesini başa çatdırdı
Oktyabrın 12-də SDU-da beynəlxalq akkreditasiyanın son günü oldu, ASİİN ekspert qrupu öz işini başa çatdırdı.
Günün birinci yarısı SDU-nun Mühəndislik fakültəsinin 3 təhsil proqramının akademik heyəti ilə geniş tərkibdə görüş keçirildi.
Görüşdə müəllimlərin inkişafı, imtahanların təşkili, tədris yükü, elmi-tədqiqat sahəsində görülən işlər, mobillik, keyfiyyət mədəniyyəti barədə müzakirələr aparıldı.
Bundan sonra ASİİN ekspert qrupu daxili iclaslarını keçirdi.
Günün ikinci yarısı Almaniya Federativ Respublikasından gələn ekspert qrupu SDU-nun rektoru Rüfət Əzizovla görüşdü.
Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, Avtomatika və idarəetmə kafedrasının müdiri professor Cavanşir Məmmədov, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri professor Aqil Hüseynov, Elektronika və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Mənsurov, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova iştirak etdilər.
ASİİN ekspert qrupunun sədri, Çemnitz universitetinin professoru Madhukar Çandra və onun rəhbərlik etdiyi ekspert qrupunun üzvləri - Hamburq Tətbiqi Elmlər Universitetinin professoru Volfqanq Renz, Bosch şirkətindən Dr. Alfred Şulte, ADA universitetinin tələbəsi İlhamə Novruzova və layihənin koordinatoru Paulina Petraçenko SDU-nun rektoru Rüfət Əzizova qonaqpərvərliyə, isti münasibətə və onlara göstərilən xüsusi qayğıya görə öz dərin təşəkkürlərini bildirdilər.
Eskpert qrupu SDU-nun beynəlxalq akkreditasiya prosesinə hazırlığını yüksək qiymətləndirdiyini və yeni təyin olunan rektorun gənc və innovativ olmasının universitetin inkişafı üçün əsas olacağını qeyd etdi.
Universitet rəhbərliyi isə əmindir ki, ekspert qrupunun hazırlayacağı hesabat tədrisin təşkilindəki çatışmazlıqları ortaya qoymaqla bərabər, universitetin gələcək fəaliyyəti üçün əhəmiyyətli rol oynayacaq.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az