Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU TGT-nin təşkilatçılığı ilə “Uğura gedən yol” adlı təlim keçirildi
SDU TGT-nin təşkilatçılığı ilə “Uğura gedən yol” adlı təlim keçirildi
Aprelin 5-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr üçün “Uğura gedən yol” adlı təlim keçirildi.
Təlimi SDU TGT-nin sədri Rəvan Paşayev açaraq iştirakçıları salamladı, gəncləri maraqlandıran mövzular, xüsusilə də uğura çatmaq yollarından danışdı. Qeyd etdi ki, təlimin məqsədi gənclərin, xüsusilə də tələbələrin, məzunların, iş axtarışında olanların uğur qazanmaqlarına dəstək olmaqdır.
Təlimçi qismində çıxış edən Yeganə Cəbrayılqızı uğur hekayəsini bölüşdü, hər zaman öz üzərində işləməyin, müasir dövrdə tələb olunan bilik və bacarıqlara yiyələnməyin vacibliyindən danışdı. O, uğura gedən yol və karyera planlaşdırılmasının mərhələləri, fərdin şəxsi inkişafı üçün zəruri olan meyarlar, cəmiyyətə faydalılıq və karyera yüksəlişi baxımından diqqət yetirilməli olan məqamlar, əmək bazarının mövcud vəziyyəti və təhsilalanların karyera inkişafı imkanları, eləcə də perspektivləri barədə ətraflı məlumat verdi.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az