Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı yeni layihədə iştirak edir
SDU beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı yeni layihədə iştirak edir
Aprelin 7-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə yerli, həmçinin ətraf regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinə start verilib.
Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bilik və bacarıqlarının artırılması, o cümlədən müvafiq vərdişlərin formalaşdırılmasıdır.
Fərqli regionlardan 6 ali təhsil müəssisəsini, habelə 20 potensial əməkdaşı cəlb edəcək layihənin iki mərhələdə təşkil olunması nəzərdə tutulub.
İlk mərhələ Gəncə şəhərində regiondakı universitetlərdən (Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti) olan əməkdaşlar üçün nəzərdə tutulub. Bu mərhələdə Avropa və beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsi, “Erasmus+” və digər qrant müsabiqələri üçün layihə hazırlanması, icra olunması istiqamətində dörd günlük məlumatlandırıcı təlim kursu, təlimlərdən sonrakı mərhələdə isə bir ay müddətində layihə ekspertləri tərəfindən universitet əməkdaşları üçün onlayn formatda mentorluq proqramı həyata keçiriləcəkdir.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalib layihələrindən biridir.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az