Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təcrübəçi filoloqlarımız “Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş tədbir keçiriblər
Təcrübəçi filoloqlarımız “Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş tədbir keçiriblər
Aprelin 22-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsi Xarici Dillər kafedrasının müəllimi Yaqut Pirquliyeva təcrübə rəhbəri olduğu 15 saylı tam orta məktəbdə universitetin həmin məktəbə təhkim olunmuş 936A qrupunun tələbələri və məktəbin 7a sinfi ilə birgə “Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş tədbir təşkil ediblər.
Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva və Xarici Dillər kafedrasının müdiri professor Nigar İsgəndərovanın iştirakı ilə keçirilən tədbirdə bir sıra ekoloji məsələlərə toxunulmuş və təbiətin qayğısına qalmaq, gələcəkdə ətraf mühitin qorunmasına dair nə edə bilərik kimi mövzularla bağlı səhnəciklər, mahnılar və fləşmoblar təşkil olunmuşdur.
Tədbirdə həmçinin ekologiyanın humanitar elmlərlə əlaqəsi ilə bağlı da söhbət aparılmış, ekologiyanın elmin müxtəlif sferalarına təzahürü nəticəsində yaranmış yeni elm sahələri haqqında məlumat verilmiş, ekolinqvistika, ekotənqid və ekopsixologiya kimi elmi və tərbiyəvi mövzularda çıxışlar edilmiş, səhnəciklər göstərilmişdir.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az