Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya ediblər
Tələbələrimiz Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya ediblər
 Mayın 18-də Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin Fizika və Fizika müəllimliyi ixtisasının tələbə və müəllimləri Fizika kafedrasının dosenti Xəyalə Əliquliyevanın rəhbərliyi ilə dünyanın ən böyük rəsədxanalarından biri olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələr Rəsədxananın Astronomiya muzeyində olan eksponatlara baxış keçirib, rəsədxananın fəaliyyəti, teleskopların iş prinsipi ilə tanış olub, aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumatlandırılıblar.
Ekskursiya müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az