Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ADA-nın iqtisadçı prorektoru SDU-da elmi seminar aparıb
ADA-nın iqtisadçı prorektoru SDU-da elmi seminar aparıb
 Mayın 22-də Sumqayıt Dövlət Universitetində ADA Universitetinin Akademik işlər üzrə prorektoru, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Elkin Nurməmmədovun iştirakı ilə SDU tələbə və əməkdaşlarının qatıldığı elmi seminar baş tutub.
Seminarı giriş sözü ilə açan SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva universitetin qonağı Elkin Nurməmmədovu seminar iştirakçılarına təqdim edərək bugünkü elmi seminarın ölkəmizin ən istedadlı iqtisadçı alimlərindən biri, ADA Universitetinin Akademik işlər üzrə prorektoru Erkin Nurməmmədovun spikerliyi ilə aparılacağından məmnunluğunu bildirib.
“Qlobal iqtisadi trendlər” mövzusundakı seminarda çıxışını əvvəlcədən hazırlanan slaydlar üzərində quran Elkin Nurməmmədov təqdim edilən mövzunun aktuallığını şərtləndirən amillərdən söz açdı. Dünya iqtisadiyyatında baş verən hadisələrə beynəlxalq təşkilatlar, transmilli şirkətlər və iqtisadi güc mərkəzi olan dövlətlərin atdığı addımların yön verdiyi qeyd edildi. Bunun nəticəsi olaraq iqtisadiyyatda proqnozlaşdırılan və proqnozlaşdırılması mümkün olmayan hadisələrin baş verdiyini vurğulayan iqtisadçı zəruri qərarlar üçün təkanverici amilləri xatırlatdı. Qlobal icmal, risklər və siyasi prioritetlərin təhlil edilərək addımlar atıldığını qeyd edən spiker ortaya çıxacaq mənfi risklərin fəsadları barədə geniş danışdı. Mənfi risklərin ancaq iqtisadiyyatda deyil, həmçinin geosiyasi gərginliyin artmasına səbəb ola biləcəyini konkret rəqəmlər əsasında təqdim edən iqtisadçı alim oxşar situasiyalarda sabit, lakin yavaş, müxtəliflik içərisində dayanıqlılığa nail olmağın şərtlərini yada saldı. Ekstremal adlandırılacaq oxşar vəziyyətlərə fors-major hadisələrin, məsələn pandemiyaların təkan verdiyini vurğulayan Erkin Nurməmmədov mövcud situasiyalarda düzgün qiymətləndirilmənin başlıca rolunu qeyd etdi. Dünya iqtisadiyyatında baş verən ümumi tendensiya və dəyişikliklər barədə danışan spiker bu zaman tələb və təklifin düzgün müəyyənləşdirilməsinin nə qədər həlledici olduğunu bildirdi. Süni intellektdəki inkişaf tendensiyalarının yaratdığı perspektivlər, qlobal inflyasiyanın maksimum düzgün qiymətləndirilməsi, miqrasiya faktoru və digər amillərdən danışan təhlilçi hazırda Azərbaycanın da daxil olduğu qlobal dünya iqtisadiyyatında gedən proseslərin mənzərəsini yaradan rəqəmlərə üz tutdu. Dünyanın aparıcı güc mərkəzləri kimi qəbul edilən dövlət və təşkilatların məsuliyyət hissini xatırladan spiker bu məsuliyyət zonasında inflyasiyanı şərtləndirən amillər sırasında qlobal iqlim dəyişikliyinin tutduğu yeri və əsas iqtisadi prioritetləri göstərdi. Qlobal trendlərin müxtəlif iqtisadi, siyasi, texnoloji və
sosial amillərdən təsirləndiyini və bunların dünyadakı mövcud sektorlara təsiri məsələsinə toxunan iqtisadçı yaşıl iqtisadiyyat, rəqəmsal transfomasiyanın vəd etdiyi perspektivlərinə toxundu.
Maraqlı keçən seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az