Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz Avropa çempionatından qızıl medalla qayıdıb
Tələbəmiz Avropa çempionatından qızıl medalla qayıdıb
15-19 may tarixlərində Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin ikinci kurs tələbəsi Vahid Həsənov Sloveniyanın Podçetrtek şəhərində Fudokan Karate üzrə 27-ci Avropa Çempionatında 18-21 yaş kateqoriyası üzrə 80 kq çəki dərəcəsində qızıl medal qazanmaqla universitetin idman tarixində yeni parlaq səhifə yazdı.
Qeyd edək ki, qələbə ilə dönən idmançı tələbəmizi Heydər Əliyev Beynəlxalq Hava Limanında universitetin əməkdaşları qarşılayıblar.
Mayın 22-də universitetin rektoru dosent Rüfət Əzizov qalibiyyəti münasibətilə Avropa çempionu Vahid Həsənovu qəbul etdi. Qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində elm, təhsillə yanaşı, idman həyatında da böyük uğurlar əldə olunur. Tələbələrə təhsil və idman nailiyyətlərini birləşdirməyi tövsiyə edən rektor SDU-nun onlara hər cür dəstək olacağını bildirdi.
Qazanılan uğurları gənclərə göstərilən yüksək dövlət qayğısının təzahürü kimi qiymətləndirən rektor vurğuladı ki, idmançı tələbələrimiz istər beynəlxalq, istərsə də respublika yarışlarında nümunəvi çıxışlarla həm ölkəmizin, həm də universitetin adını yüksəkliklərə qaldırırlar.
Sonra Avropa çempionu Vahid Həsənov çıxış edərək universitetin rektoru dosent Rüfət Əzizova idmançı tələbələr üçün yaradılan şəraitə görə təşəkkürünü ifadə etdi. Qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində tələbələrin yüksək səviyyədə təhsil almaları ilə yanaşı, idman və digər sosial fəaliyyətlərlə məşğul olmaqları üçün hər cür şərait yaradılıb. Yaradılan şəraitdən bəhrələnərək idmançı və istedadlı tələbələrin uğurları günü-gündən artmaqdadır.
Görüşün sonunda xatirə şəkli çəkdirildi
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az