Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə Ümumdünya Mülki Müdafiə günü qeyd edildi
Universitetdə Ümumdünya Mülki Müdafiə günü qeyd edildi

1 Mart tarixi bütün dünyada olduğu kimi, Azərbaycanda da Mülki Müdafiə günü kimi qeyd olunur. Universitetimizdə 1 mart - Ümumdünya Mülki Müdafiə gününə  həsr olunmuş tədbir keçirildi. İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev maarifləndirmə məqsədi ilə keçirilən tədbirin əhəmiyyətindən söhbət açaraq bildirdi ki, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaqdır. Tədbirdə "Mülki müdafiə və yeni informasiya texnalogiyaları"  mövzusunda məruzələr dinlənilmişdir. Mülki Müdafiə və yanğından mühafizə qərargahının  rəisi Aynur Məmmədova, Tibbi hazırlıq və mülki müdafiə kafedrasının müdiri Tahir Xəlilov çıxışlarında Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, 1 mart - Ümumdünya Mülki Müdafiə Günü və onun qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzvlüyü, Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması barədə ətraflı məlumat verdilər.
Tədbirin praktiki hissəsində kafedranın tabeliyində olan texnika və avadanlıqları nümayiş etdirildi. Sonda fövqəladə hallar zamanı xilasetmə qüvvələrinin əməliyyatları ilə bağlı slayd nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az