Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Göz müayinəsi aksiyası keçirildi
Göz müayinəsi aksiyası keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sağlamlığının qorunması və lazımi tədbirlərin görülməsi ilə bağlı verdiyi Sərəncamına əsasən şəhərimizdə yerləşən Liman klinikasının həkim oftalmoloqları Rəna Nəbiyeva və Akif Afrant-Səmədov tərəfindən mayın 26-da Sumqayıt Dövlət Universitetində professor-müəllim heyətininin pulsuz  göz müayinəsi həyata keçirildi.
Burada ixtisaslı həkimlər tərəfindən onların görmə qabiliyyətləri müəyyənləşdirildi, göz dibi təzyiqinin və hansısa bir xəstəlik əlaməti olub-olmadığını yoxlamadan keçirdilər. Həkimlər tərəfindən görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərildi, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər verildi.
Müayinə prosesi ilə yaxından tanış olan Humanitar Məsələlər üzrə prorektor, dosent Nizami Namazov bu cür müayinə və müalicələrin ölkəmizdə tibbi xidmətin səviyyəsini yüksək qiymətləndirərək aksiyanın gələcəkdə də davam edəcəyini bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az