Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Azərikimya” İstehsalat Birliyinin kollektivi tələbələrinin ölümü ilə bağlı Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynova baş sağlığı verdilər
“Azərikimya” İstehsalat Birliyinin kollektivi tələbələrinin ölümü ilə bağlı Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynova baş sağlığı verdilər

Hörmətli Elxan müəllim!
Bu gün səhər saatlarında ağır və üzücü bir xəbər eşitdik. Sumqayıt Dövlət Universitetinin Bakıda yaşayan tələbələrini dərsə gətirən mikroavtobusunun Bakı-Sumqayıt yolunda qəzaya uğraması hamı kimi bizi - "Azərikimya" İstehsalat Birliyinin kollektivini də çox sarsıtdı.
Qəza nəticəsində tələbələr arasında dünyasını dəyişənlərin və müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralananların olması tərəfimizdən ürək ağrısı ilə qarşılandı.
Qəza nəticəsində dünyasını dəyişən tələbələrə Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, yaxınlarına səbr və dözüm arzulayırıq. Yaralıların ailələrini isə təmkinli və dəyanətli olmağa çağırır, əzizlərinin tezliklə sağalaraq ailələrinə qovuşacaqlarına inandığımızı bildirmək istəyirik.
Hörmətli Elxan müəllim,
Bu ağır və hüznlü günlərdə kollektivimizlə birgə Sizin ağrı və acınıza şərik olduğumuzu bildirir, dünyasını dəyişənlərin ailələrinə bizim başsağlığımızı çatdırmağı və bütün məqamlarda onların yanında olduğumuzu bildirməyinizi Sizdən xahiş edirik.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az