Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası
Elmi Şuranın növbəti iclası

Martın 29-da universitetdə Elmi Şuranın növbəti iclası keçirildi.
Elmi Şuranın sədri professor Elxan Hüseynov şura üzvlərini salamladı və  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Metrologiya və standartlaşdırma kafedrasının assistenti Şamama Məmmədovaya texnika üzrə fəlsəfə doktoru, Azərbaycan və xarici ölkələrin ədəbiyyatı kafedrasının baş müəllimi Rövşən Məmmədova  filologiya üzrə fəlsəfə doktoru, Riyaziyyatın tədrisi metodikası kafedrasının assistenti Könül Əliyevaya Riyaziyyat üzrə  fəlsəfə doktoru elmi dərəcələrin verilməsi münasibətilə Elmi Şura üzvləri adından təbrik etdi,  onlara elmi - pedaqoji fəaliyyətlərində uğurlar arzuladı. Rekror onu da qeyd etdi ki, universitetimiz hər bir sahədə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanır. Beləki, Ali təhsil müəssisələlərinin tələbələri arasında keçirilən  XIII Respublika universiadasında  cüdo üzrə yarışda  Fizika  və elektroenergetika  fakültəsinin  III  kurs tələbəsi  Vüsal Həsənov  100  kq  çəki  dərəcəsində  uğurla çıxış  edərək  I yerə  layiq  görülmüşdür. Rektor idmançı tələbəmizi də təbrik etdi, ona bol-bol qələbələr arzuladı. 
Sonra rektor gündəlikdə duran məsələləri diqqətə çatdırdı. 
Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilovun Qiyabi təhsil alan magistrantların magistr dissertasiyalarının müdafiəsinin nəticələri barədə hesabatı dinlənildi. Sumqayıt Dövlət Texniki Kollecin direktoru dosent Mətanət Pirquliyeva SDU-nun nəzdində SDTK-nın fəaliyyəti və inkişaf etdirilməsi barədə çıxış etdi və kolleclə universitet arasında əlaqəni daha da genişləndirmək məqsədi ilə yeni ixtisasların açılacağı barədə məlumat verdi.
Tədris Metodiki Şuranın sədri dosent Musa Mustafayev TMŞ-nın fəaliyyətindən, Elmi hissənin müdiri dosent Qadir Mənsurov SDU-da nəşr işlərinin təkmilləşdirilməsi məqsədi ilə ictimai əsaslarla fəaliyyət göstərən Redaksiya-Nəşriyyat Şurasının yaradılmasından və universitetin Nəşriyyatı Redaksiya və nəşr işləri şöbəsi adlandırılması barədə geniş məruzə ilə çıxış etdi. 
Cari məsələlərin müzakirəsi zamanı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov fakültələrdə aparılan struktur dəyişikliklər, o cümlədən bir sıra kafedraların birləşdirilməsi barədə məlumat verdi.
Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev səfər çərçivəsində martın 6-dan – 10-dək iştirak etdiyi Sevilya universitetində “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formasında peşə bakalavrı” layihəsi ilə bağlı görülən işlərdən danışdı.
Gündəlikdəki məsələlər müzakirə edildi, Elmi katib professor Aqil Hüseynov Elmi Şuranın qərar layihəsi ilə şura üzvlərini tanış etdi və qərar layihəsi yekdilliklə qəbul edildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az