ELAN
						
						AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
M Ə L U M A T M Ə K T U B U
Hörmətli həmkarlar!
Sizi 13-14 aprel 2023-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda dövlət müstəqilliyinin bərpası və ölkənin siyasi, sosial-iqtisadi, mədəni inkişafı” mövzusunda keçiriləcək Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Konfransın bölmələri:
1. SSRİ-nin süqutu və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası
2. Müstəqil Azərbaycan Respublikasının daxili siyasəti
3. Müstəqil Azərbaycan Respublikasının xarici siyasəti
4. Elm. Təhsil. Mədəniyyət
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
| Kağızın   ölçüsü | – A4 | 
| Boş   sahə  | – hər tərəfdən 2   sm | 
| Şrift | – Times    New  Roman | 
| Şrift ölçüsü  | – 12   pt | 
| Sətirarası interval | – 1,15   sm | 
| Abzas | – 1,25   sm | 
| Məqalənin   adı | –   ortadan, böyük hərflərlə, qalın şriftlə | 
| Müəllifin   adı, soyadı, atasının adı | –   ortadan, qalın şriflə | 
| İş yeri,   şəhər, ölkə   | –   ortadan, kursivlə | 
| E-poçt ünvanı  | –   ortadan, kursivlə | 
| Açar   sözlər (5–7 söz) Xülasə (60–80 söz) | –   Azərbaycan, ingilis, türk və  rus dillərində –   məqalənin yazıldığı dildən başqa iki dildə | 
| Həcmi | – 5 səhifəyə qədər | 
| Ədəbiyyata istinadlar Ədəbiyyat siyahısı | – kvadrat mötərizədə –əlifba sırası ilə | 
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda dərc olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line).
Materiallar 28 mart 2023‑cü il tarixinədək shirxan.selimov63@gmail.com elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008. Sumqayıt şəh., 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Tarix və coğrafiya fakültəsi, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası (otaq 248).
Bir müəllifdən yalnız bir məruzənin tezisi və ya məqaləsi qəbul olunur.
Təşkilat komitəsi tezislərin və məqalələrin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır. 
Məsul katib - prof. Şirxan Səlimov 
Əlaqə telefonları: (+99418) 644 89 05, (+99455) 619 50 71
Təşkilat komitəsi
  
                