Əsas səhifə | İqtisadiyyat və İdarəetmə
İqtisadiyyat və İdarəetmə
Hazırda fakültənin dekanı dosent Yəhyayeva Aynurə Yusif qızıdır. 2015-ci ildən bu fakültəyə rəhbərlik edir. Tədris əyani və qiyabi formada aparılır. Fakültədə 56 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 1 nəfər professor, 1 nəfər iqtisad elmləri üzrə fəlsəfə doktoru, 14 dosent, 19 baş müəllim, 4 müəllim, 12 böyük laborant, 1 nəfər laborant və 3 nəfər tütor çalışır. Hazırda bakalavriat pilləsində təhsil alan tələbələrin sayı 1306 nəfərdir. Bunlardan 994 nəfər əyani şöbədə, 287 nəfər qiyabi şöbədə təhsil alır. Magistratura pilləsində isə 25 nəfər təhsil alır.
İqtisadiyyat və idarəetmə fakültəsində 4 kafedra fəaliyyət göstərir.
1. Maliyyə və mühasibat uçotu kafedrası
2. Dünya iqtisadiyyatı və marketinq kafedrası
3. Biznesin təşkili və menecment kafedrası
4. İqtisadiyyat kafedrası
Bakalavriat pilləsi üzrə ixtisaslar bunlardır:
1. Menecment
2. Biznesin idarə edilməsi
3. Mühasibat uçotu və audit
4. Maliyyə
5. Dünya iqtisadiyyatı
6. Marketinq
7. İqtisadiyyat
Magistratura pilləsi üzrə aşağıdakı ixtisaslarda tədris aparılır:
1. Dünya iqtisadiyyatı
Gömrük işi ixtisaslaşması üzrə
Beynəlxalq iqtisadi münasibətlər ixtisaslaşması üzrə
2. Mühasibat uçotu və audit
İstehsal sferasında mühasibat uçotu və audit ixtisaslaşması üzrə
3. Biznesin idarə edilməsi
Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) ixtisaslaşması üzrə
4. İqtisadiyyat
Turizmin iqtisadiyyatı ixtisaslaşması üzrə
İqtisadiyyatın tənzimlənməsi ixtisaslaşması üzrə
5. Menecment
İnnovasiyaların və layihələrin idarə olunması ixtisaslaşması üzrə
İqtisadiyyat və İdarəetmə fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az