Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tarix və coğrafiya
Tarix və coğrafiya
2000-ci ildə Tarix−filologiya şöbəsi kimi fəaliyyətə başlamış, 2001-ci ildə Tarix−filologiya fakültəsinə çevrilmiş, 2003‒2014-cü illərdə müstəqil Tarix fakültəsi kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən Tarix və coğrafiya fakültəsi adlanır. Fakültəyə yarandığı gündən t.e.d., prof.A.B.Baxşəliyev rəhbərlik edir.
Fakültədə 6 nəfər professor, 23 nəfər dosent, 14 nəfər baş müəllim, 13 nəfər müəllim çalışır, 10 nəfər doktorant və dissertant elmi tədqiqat işi ilə məşğul olur.
Fakültədə tədris əyani və qiyabi formada aparılır. Hal-hazırda fakültədə bakalavr pilləsində 821 tələbə (onlardan 769-u əyani, 52-si qiyabi təhsil alır), magistratura pilləsində isə 46 magistrant təhsil alır.
Fakültədə 4 kafedra fəaliyyət göstərir:
-Azərbaycan və Şərqi Avropa xalqları tarixi
-Tarix və onun tədrisi metodikası
- Coğrafiya və onun tədrisi metodikası
- Fəlsəfə, sosiologiya və politologiya
Bakalavr pilləsindəki ixtisaslar:
-Tarix
-Tarix müəllimliyi
-Tarix və coğrafiya müəllimliyi
-Coğrafiya müəllimliyi
-Sosiologiya
-Sosial iş
-Politologiya
Magistratura pilləsindəki ixtisaslaşmalar:
-Azərbaycanın qədim və orta əsrlər tarixi
-Azərbaycanın yeni və ən yeni tarixi
-Avropa və Amerikanın yeni və ən yeni tarixi
-Tarix fənninin tədrisi metodologiyası və metodikası
-İdarəetmənin sosiologiyası
-Azərbaycanın fiziki coğrafiyası
-Coğrafiya fənninin tədrisi metodologiyası və metodikası
Fakültənin əsas elmi istiqamətləri:
-Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması
-Tarixin tədrisinin yeni metod və üsullarının öyrənilməsi
-Sosial fəlsəfənin müasir problemləri
-Şəhərlərin iqlim şəraiti və onun havanın antropogen çirklənməsində rolunun tədqiqi
-Landşaft planlaşdırılmasının tətbiqi ilə Azərbaycanın inzibati rayonlarının təbii və iqtisadi şəraitinin tədqiqi
 - Azərbaycan Respublikasının sosial siyasətinin mühüm prioritetləri
Fakültə AMEA-nın Tarix, Coğrafiya, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutları, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil ocaqları, bir sıra elmi-tədqiqat mərkəzləri ilə işgüzar və səmərəli elmi-pedaqoji əlaqələr saxlayır.
 
 
Tarix və coğrafiya fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az