Rektor
Hüseynov Elxan Bahadur oğlu 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Gəncə şəhər 18 saylı orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə dosent, 2015-ci ildə professor elmi adı almışdır.
1995-ci ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, partiya komitəsi katibinin müavini vəzifələrində çalışmışdır.
1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərmişdir.
1999-2002-ci illərdə Bakı Dövlət Universitetinin I prorektoru – Tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır.
08.08.2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuş və 15 yanvar 2010-cu ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir.
2010-2011-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.
2013-cü ildən Təhsil nazirinin müşaviri vəzifəsində çalışmışdır.
06.03.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdir.
Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının həmsədridir (Azərbaycan tərəfdən).
Mükafatları: "Tərəqqi" medalı (11.02.2000-ci il), - "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı (24.07.2009-cu il), "Şöhrət" ordeni (22.12.2017-ci il).
Ailəlidir. İki övladı, beş nəvəsi var.