Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Azərbayanı kəşf et
Azərbayanı kəşf et
Azərbaycana xoş gəlmisiz!
Biz sizi ecazkar bir diyardan-Azərbaycandan salamlayırıq.
Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşir.  Paytaxtı Bakı şəhəridir. Ölkə gözəl və zəngin təbiəti ilə seçilir. Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı, Şuşa, Ağdam kimi bölgələrin bir-birindən fərqli əsrarəngiz flora və faunası var. Azərbaycan qədim mədəniyyət ölkəsidir.
Dini tolerantlıq və müxtəlif sivilizasiyaların məskəni olan Azərbaycan öz tarixi missiyasını davam etdirir və Qərblə Şərqi mükəmməl şəkildə bir arada tutur və doğmalaşdırır.
Əhəmiyyətli məlumat:
§ Əhali: 10 milyondan çox.
§ Vaxt: AZT (Azərbaycan vaxtı ilə) UTC/GMT+4 saat.
§ Beynəlxalq telefon kodu: +994.
§ Gərginlik: 220V 50Hz
§ Valyuta: Azərbaycan manatı (AZN)
§ Dil(lər): Azərbaycan dili (bu arada insanlar rus, türk və ingilis dillərində danışa bilər).
Sumqayıt
Bakıdan sonra Azərbaycanın ikinci böyük şəhəridir. 1949-cu ildə Sumqayıta şəhər statusu verilmişdir. Bir zamanlar ona "Gənclik şəhəri" deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. 
Davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.
Telefon kodu :+994 18
Poçt indeksi :AZ 5000
Nəqliyyat kodu :50
Bakı şəhəri ilə Sumqayıt şəhərini birləşdirən Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu üzrə hərəkət edən əlverişli nəqliyyat vasitəsi olan Bakı-Sumqayıt qatarı fəaliyyət göstəririr.  
 
Bunlar Azərbaycanda olarkən ziyarət etmək tövsiyə olunan yerlərdir.
1.     Qobustan
2.     Gəncədəki şüşə evi
3.     Atəşgah Od Məbədi
4.     Şəki Xan Sarayı
5.     Şirvan Milli Parkı
6.     Şahdağ Milli Parkı
7.     Qəbələ – Lahıç qəsəbəsi
8.     Qəbələ-Yeddi gözəl şəlaləsi
9.     Xəzər dənizi
10.Hirkan Milli Parkı
11.Göygöl gölü
Azərbaycanda səyahət haqqında ətraflı məlumatı AzerbaijanTravel saytından əldə edə  bilərsiniz.  https://azerbaijan.travel/
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az